• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

31 oktyabr – 1 noyabr 2009-cu il tarixlərində Bakıda Malayziya Universitetlərinin Təhsil Sərgisi keçiriləcəkdir.

Sərgidə Malayziyanın aşağıdakı ali təhsil müəssisələri iştirak edəcəklər:
• Malayziya Kebangsaan Universiteti
• Malayziya Putra Universiteti
• Multimedia Universiteti
• Curtin Texnologiya Universiteti
• Limkokwing Yaradıcı Texnologiya Universiteti
• Kasturi Beynəlxalq Kolleci
 
Sərgi saat 10:00 – 18:00-da Hyat Regency otelinin Bakı zalında keçiriləcəkdir.
Ünvan: Bakıxanov küç.1, AZ 1065.
Məlumat üçün qeyd edək ki, Malayziya universitetləri xaricdən gəlmiş tələbələr üçün münasib təhsil xərcləri əsasında müxtəlif istiqamətlər üzrə təhsil proqramları təklif edir. Bundan başqa, Malayziyada Avstraliya və Birləşmiş Krallığın bir sıra universitetlərinin filialları fəaliyyət göstərir və tələbələr bu universitetlərdə də yüksək keyfiyyətli təhsil almaq imkanı əldə edirlər.


9 il əvvəl

Sayt test rejimində çalışır