• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Almaniyanın Höte İnstitutu tərəfindən Alman dili müəllimləri üçün 2010-cu il üzrə Almaniyada təkmilləşdirmə kurslarında iştirak etmək məqsədi ilə təqaüdlər ayrılacaqdır.

Proqram üçün tələblər aşağıdakı kimidir:
• namizəd 2006-2009-cu illərdə Almaniyada elan edilmiş hər hansı bir təqaüd proqramının iştirakçısı olmamalı;
• proqramda iştirak edəcək namizəd Azərbaycana qayıtdıqdan sonra ən azı 6 il ərzində Alman dili müəllimi olaraq fəaliyyətini davam etdirməlidir.
 
Bundan başqa, proqramda iştirak edəcək müəllimlər Höte İnstitutunun Azərbaycanda keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak etməli və seminarlarda əldə etdikləri bilik və təcrübəni öz ölkələrində tətbiq etməlidirlər.
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin 6 noyabr tarixinə qədər Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinə təqdim etməlidirlər.
Proqram barədə ətraflı məlumatları və ərizə formalarını www.goethe.de/ins/ge/tif/lhr  internet səhifəsindən əldə edə bilərsiniz. Ərizə formalarını, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyindən də əldə etmək mümkündür.


9 il əvvəl

Sayt test rejimində çalışır