• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış müsabiqə iştirakçılarına hazırda ümumtəhsil məktəblərində vakant olan yerlər təklif edilir.

ELAN
 
Müəllimlərin işə qəbulu üzrə müsabiqə iştirakçılarının nəzərinə!
        
2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış müsabiqə iştirakçılarına hazırda ümumtəhsil məktəblərində vakant olan yerlər təklif edilir.
Bu kateqoriyadan olan namizədlər 22-26 noyabr 2013-cü il tarixlərində Təhsil Nazirliyinin İnternet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” bannerindən “Şəxsi səhifə”yə daxil olaraq (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçməli və təsdiqləməlidir.
Vakant yerlərin seçimi 26 noyabr 2013-cü il tarixdə saat 18-00-da başa çatdırılacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin “Şəxsi səhifə”sinə göndəriləcəkdir.
Vakant yer tutan namizədlər “Şəxsi səhifə”də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcəkdir.
Diqqət! Vakant yerlərdən seçim edərkən düşünülmüş və dəqiq qərar verilməlidir. Seçim aparmaq üçün verilən müddət başa çatanadək hər bir namizəd öz seçimində dəyişiklik edə bilər. Bunun üçün yenidən “Şəxsi səhifə”yə daxil olub bir daha seçim etmək və təsdiqləmək lazımdır.


9 il əvvəl

Sayt test rejimində çalışır