• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Qiymətləndirmə layihələri çərçivəsində məlumatların təhlili üzrə mütəxəssis elanı

Tapşırığın adı:

Qiymətləndirmə layihələri çərçivəsində  məlumatların təhlili üzrə mütəxəssis

İcra olunduğu yer:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil  Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL)

İcra müddəti:  Fevral 2014 – Mart 2016
Məkan:  Bakı şəhəri
Tapşırıq və vəzifələr:
  •  Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi tərəfindən həyata keçirilən milli qiymətləndirmə çərçivəsində tədqiqat sualının və  metodologiyanın müəyyənləşdirilməsi;

  • Qiymətləndirmə tədqiqatlarının nəticələrinin statistik təhlilinin aparılması;

  •  Tədqiqatın sınaq mərhələsində tətbiq olunmuş qiymətləndirmə vasitələrinin təhlil edilməsi və  əsas mərhələdə istifadə olunacaq qiymətləndirmə vasitələri iə bağlı tövsiyələrin verilməsi;

  •  Fənn mütəxəssislərinin təqdim etdiyi nəticələrin ümumiləşdirilməsi  və hesabat halına salınması.

İxtisas tələbləri:
  • İdarəetmə, riyaziyyat və digər uyğun sahələr üzrə magistr dərəcəsi;

  • Statistik  təhlillər sahəsində ən azı 3 il iş təcrübəsi;

  • Təhsil sahəsində (ümumi təhsil və ya ali təhsil) ən azı 2 il iş təcrübəsi;

  • Azərbaycan və ingilis dillərində səlis bilmə;

  • Komputer bacarıqları.(SPSS və digər statistik təhlil proqramları ilə işləmək bacarığı)

Müraciət forması: Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə  tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər.
Son təqdim edilmə tarixi:  14 fevral 2014-cü il, 18:00
Əlaqə üçün məlumat:

Azərbaycan Respublikasının
Təhsil Nazirliyi,Təhsil Sektorunun İnkişafı üzrə İkinci  Layihə,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqə telefonları: (99 412) 496-37-59/60; 
 Faks: (99 412) 496-93-68
E-poçt: y.manafova@edu.gov.az

 


9 il əvvəl

Sayt test rejimində çalışır