• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan universitetlərinin I, II və III kurs tələbələri üçün ABŞ Universitetlərində bir semestrlik ÖDƏNİŞSİZ təhsil almaq imkanı – Qlobal Tələbə Mübadiləsi Proqramına (UGRAD) ərizə qəbulu başlayıb.

Əziz tələbələr,
 
Azərbaycan universitetlərinin I, II və III kurs tələbələri üçün ABŞ Universitetlərində bir semestrlik ÖDƏNİŞSİZ təhsil almaq imkanı – Qlobal Tələbə Mübadiləsi Proqramına (UGRAD) ərizə qəbulu başlayıb. Proqram üçün son ərizə qəbulu tarixi 28 fevral, saat 17:00-a kimidir.
 
Proqram IREX təşkilatı tərəfindən həyata keçirilir, ABŞ Dövlət Departamenti tərəfindən maliyələşdirilir və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.
 
Bütün iştirakçılar:
 
1) Bir akademik semestr ərzində dərslərdə iştirak edəcəklər
2) Ən azı 20 saat vaxtlarını yaşadıqları şəhərin icma işlərinə sərf efəcəklər
3) Təcrübə keçəcəklər
 
Proqramla bağlı aşağıda qeyd olunan bütün xərclər ödənilir:
 
Vizanın alınması (J1)
Yaşadığınız şəhərdən ABŞ-da təhsil alacağınız universitetə və geriyə yol xərcləri
Tibbi və bədbəxt hadisələrdən sığorta
Aylıq təqaüd və təhsil xərcləri
Gözlənilməz kiçik xərclər
ABŞ-da yaşayış
Dərs ədəbiyyatının alınması üçün məhdud vəsait
Məzunlar arasında əməkdaşlıq və treninq təşkil etmə imkanları
 
Proqram haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən (ingilis dilində) əldə edə bilərsiniz.
 
Əlavə suallarınız varsa, education-az@irex.org ünvanina yaza bilərsiniz və ya 4973902/03 nömrələrinə zəng vura bilərsiniz.    


9 il əvvəl

Sayt test rejimində çalışır