• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikası Təhsil Nazirliyi “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə”nin 2.5-ci maddəsinə uyğun olaraq 3 mart 2014-cü il tarixindən 18 mart 2014-cü il tarixinədək Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün aşağıdakı sahələr üzrə ali təhsilli, ən azı 5 il pedaqoji staja malik  mütəxəssislərin ərizələrini elektron formada (z.rzayeva@edu.gov.az) qəbul edir

 Azərbaycan Respublikası Təhsil Nazirliyi “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə”nin 2.5-ci maddəsinə uyğun olaraq 3 mart 2014-cü il tarixindən 18 mart 2014-cü il tarixinədək Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün aşağıdakı sahələr üzrə ali təhsilli, ən azı 5 il pedaqoji staja malik (bu tələb 7, 8 və 9-cu bəndlərdə göstərilən şəxslərə aid deyil) mütəxəssislərin ərizələrini elektron formada (z.rzayeva@edu.gov.az) qəbul edir (ərizə forması əlavə olunur):
1. tədris dilləri;
2. ədəbiyyat;
3. riyaziyyat-informatika;
4. təbiət fənləri;
5. ictimai-sosial fənlər;
6. ibtidai təhsil;
7. təhsilin məzmunu – kurikulum;
8. yaş psixologiyası və fiziologiya;
9. dərslik nəşri və dizayn.
 
 
 
Əlaqə telefonu: 496-34-97
Azərbaycan Respublikası Təhsil Nazirliyi

 
 
 


9 il əvvəl

Sayt test rejimində çalışır