• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikası Təhsil Nazirliyi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 11-18 may 2014-cü il tarixlərində Moskva şəhərində keçiriləcək kimya fənni üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədilə orta ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdlərinin seçim mərhələsini elan edir.

 SEÇİM MƏRHƏLƏSİNDƏ QEYDİYYAT QAYDALARI
 
Saytda yerləşdirilmiş “Qeydiyyat forması”nı kompüterinizdə saxlayaraq (Save as) çap edin, tam doldurun və imzalayın. Sizinlə əlaqə formasına DİQQƏT  yetirin.
Qeydiyyat forması təşkilat komitəsinə aşağıda göstərilən qaydalardan biri ilə çatdırıla bilər:
 
A)     Elektron poçt vasitəsilə (scan olunmuş formada):
B)      Təşkilat komitəsinin aşağıda göstərilən ünvanına şəxsən təqdim etməklə:
 
 AZ 1143, Bakı şəhəri, B.Vahabzadə küç. 14 (Elmlər Akademiyası metro stansiyasının yaxınlığında).
 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı.
İş günləri saat 09:00-dan 18:00-dək .
Son qeydiyyat tarixi: 11 aprel 2014-cü il.   
Tel: (012) 598-93-20
 
 
Seçim turu yazılı formada azərbaycan və rus dillərində aparılacaq və 12 aprel 2014-cü il saat 10-00-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yuxarıda göstərilən ünvanında keçiriləcəkdir.
 


9 il əvvəl

Sayt test rejimində çalışır