• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan tədqiqatçılar və özəl sektorun nümayəndələri üçün Koreya İnkişaf İnstitutunun Dövlət Siyasəti və İdarəetmə Məktəbində Dövlət siyasəti üzrə 13 aylıq (2010-cu ilin yanvarından – 2011-ci ilin yanvarına qədər) magistr proqramı elan edir. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır.

Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:

 ·        namizəd ali təhsilli olmalı;
·        ingilis dilini yüksək səviyyədə bilməli;
·        tibbi cəhətdən sağlam olmalı;
·        namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş proqramlarda iştirak etməməlidir.
 
 
Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir.
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
  • KOICA ərizə forması;
  • Koreaya İnkişaf İnstitutunun ərizə forması;
  • əsaslandırma (motivasiya) məktubu;
  • iki ədəd tövsiyə məktubu;
  • diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • TOEFL və ya IELTS sertifikatı (əgər varsa);
  • iş haqqında arayış (əgər varsa);
  • şəxsiyyət vəsiqəsi və ya xarici pasportun surəti;
  • 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
  • CV.
 
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
 
Məlumatları və ərizə formalarını aşağıdakı linklərdən yükləyə bilərsiniz:
 
 
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 19 noyabr 2009-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər (Könül Məhərrəmova - tel: 496 33 11; dax: 251).


9 il əvvəl

Sayt test rejimində çalışır