• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası - Əməliyyat Komponenti üzrə Koordinator

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Peşə Təhsili və Təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası layihəsinin məqsədi müvafiq siyasətin formalaşdırılması prosesini təkmilləşdirmək, bilik və bacarıqlara əsaslanan peşə təhsili və təliminin həyata keçirilməsində yeni əməkdaşlıq modelini işləyib hazırlamaqdır. Yeni kurikulumlar və təlim proqramları Azərbaycanda əmək bazarının tələblərinə uyğun olacaq və yeni peşə standartlarına əsaslanacaqdır.
Layihənin ofis komandasının üzvü olaraq, əməliyyat komponenti üzrə uzunmüddətli yerli koordinatorun əsas vəzifəsi Texniki Yardım Komandasına məsləhətçi və uyğun səviyyəli heyət üzvü qismində çalışmaq, onun işini və layihənin fəaliyyətlərinin vaxtında icra edilməsini dəstəkləməkdir. Koordinatordan regionlara, xüsusilə İsmayıllıya səfər etməsi tələb olunacaqdır. Tam ştatlı olan bu vəzifə 2011-ci ilin fevralına qədər davam edəcəkdir.

Koordinatorun vəzifələri aşağıdakılardır:
• Komponentin əsas ekspertinin dəstəyi ilə layihə tərəfindən peşə təhsili sistemində və Azərbaycanda aparıcı biznes qurumlarının, xüsusilə də turizm sektorunun ehtiyacları sahəsində aparılmış tədqiqatlar barədə tam şəkildə məlumat əldə etmək.
• Beynəlxalq səviyyədə tanınmış bilik və bacarıqlara əsaslanan metodologiyaları, peşə təhsili və təlimi (PTT) sahəsində milli ehtiyacları özündə birləşdirən metodoloji çərçivənin işlənib hazırlanmasında Təhsil Nazirliyinə dəstək vermək və bu zaman aşağıdakı məqamları təmin etmək:
o Çərçivə çevik olmalı və onun əmək bazarının daima dəyişən ehtiyaclarına uyğunlaşdırılması nəzərə alınmalıdır;
o Qiymətləndirmə-həm tədris prosesi zamanı qiymətləndirmə, həm də yekun qiymətləndirmə çərçivənin əsas hissəsini təşkil etməlidir;
o PTT sahəsində tətbiq edilən metodologiyalar Azərbaycanda təhsil sistemində digər təşəbbüslərlə, məsələn, ümumi təhsilin müasirləşdirilməsini dəstəkləyən təşəbbüslərlə uzlaşmalıdır;
o Təhsil standartları və kurikulumlar üçün işlənib hazırlanmış formatlarda mövcud təsdiq prosesi nəzərə alınmalı və ya hər hansı yeni prosedurlara ehtiyac olduğu müəyyənləşdirilməlidir.
• Təlimçilərin təlimi üzrə seminarların hazırlanması və həyata keçirilməsi sahəsində əsas ekspertə dəstək göstərmək.
• Layihəni lazımınca təmsil etmək, Təhsil Nazirliyi, digər nazirliklər və icra hakimiyyətləri, peşə məktəbləri və liseyləri, biznes qurumları və lazım olduğu təqdirdə digər təşkilat və şəxslərlə müsbət iş münasibətləri yaratmaq.
• Əmək bazarı üzrə məlumat və kurikulumun hazırlanması ilə bağlı hər hansı sənədlərin yazılması, işlənib hazırlanması və yayılmasında yardımçı olmaq.
• Əsas ekspertlə işləyərək kurikulumla bağlı əsas təşkilatlar və şəxslərlə məsləhətləşmələr aparmaq.

Namizəd aşağıdakı vacib hesab edilən təcrübə və bacarıqlara malik olmalıdır:
• Əmək bazarının ehtiyaclarının ödənilməsi məqsədilə təhsil sektoru üçün bilik və bacarıqlara əsaslanan PTT proqramları və kurikulumlarının hazırlanmasında ən azı 5 illik müvafiq təcrübə;
• Peşə standartlarının hazırlanması prosesi, həmçinin müsbət beynəlxalq təcrübə də daxil olmaqla bilik və bacarıqlara əsaslanan PTT sisteminin nəzəri anlayışları barədə biliklər;
• Müvafiq sahədə universitet dərəcəsi və ya ekvivalent dərəcə (təhsil, biznesin idarəedilməsi, iqtisadiyyat);
• Beynəlxalq layihələrdə iştirak üzrə təcrübə;
• Öz təhsili və peşəkar inkişafına dair öhdəliyə malik olması;
• Mükəmməl Azərbaycan dili bacarıqları.

Namizədin aşağıdakı təcrübə və bacarıqlara malik olması müsbət qəbul ediləcəkdir:
• Turizm sektoru üzrə biliklər və ya təcrübə;
• Turizm sahəsində PTT proqramlarının hazırlanması və ya icra edilməsi üzrə təcrübə;
• İngilis dili bacarıqları.

Ərizə qəbulu 23 noyabr 2009-cu il tarixdə saat-18:00-da başa çatır.
Maraqlananlar CV və onu müşayiət edən məktubu annj2005@yahoo.co.uk elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (Subject) hissəsində “Operational Component Coordinator” sözləri yazılmalıdır.
CV-ni müşayiət edən məktubunuzda qeyd edilən tələblərə necə cavab verdiyinizi təsvir etməklə bərabər, nə üçün bu vəzifəyə ideal namizəd olduğunuzu da göstərməlisiniz. Məktubun əsas hissəsi 500 sözdən artıq olmamalıdır.
Müraciət edən şəxslər Azərbaycan və ya ingilis dillərindən istifadə edə bilərlər. Dekabrın 11-nə qədər yalnız CV-ləri seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.


9 il əvvəl

Sayt test rejimində çalışır