• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlandı.

2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlandı.
22.05.2014-cü il, saat 09:00-dan etibarən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlanılmış və 08.08.2014-cü il, saat 23:59-dək davam edəcəkdir.
Ötən illərdən fərqli olaraq, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün həyata keçiriləcək müsabiqəyə sənəd qəbulu “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 saylı Fərmanına uyğun olaraq və eyni zamanda Təhsil Nazirliyinin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı nəticəsində tam elektron qaydada həyata keçiriləcəkdir. Nəticədə, sənədlərin təqdim olunması məqsədilə Təhsil Nazirliyinə gəlməyə və sənədlərin poçt vasitəsilə göndərilməsinə ehtiyac qalmayacaqdır.
Əvvəlcədən, 19.02.2014-cü il tarixində 2014-2015-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədrinin 11 nömrəli 10.02.2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı və “prioritet ixtisas istiqamətləri” haqda ətraflı məlumat ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Dövlət Proqramı çərçivəsində xaricdə təhsillə bağlı tez-tez verilən suallar, müsabiqənin şərtləri, tələb olunan sənədlər, elektron ərizə və digər məlumatlarla xaricdetehsil.edu.gov.az internet səhifəsindən tanış ola bilərsiniz.
Elektron ərizənin doldurulması ilə bağlı təlimatı aşağıdakı keçiddən əldə etmək mümkündür:
 
Təhsil Nazirliyi bütün namizədlərə müvəffəqiyyətlər arzulayır!
 


9 il əvvəl

Sayt test rejimində çalışır