Müəllim peşə standartlarının hazirlanması
MÜƏLLİM PEŞƏ STANDARTLARININ HAZIRLANMASI
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
Kredit Nö.: 4394AZ
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
Xidmətlərin məqsədi ümumtəhsil məktəblərinin müəllimləri üçün yeni peşə standartlarının hazırlanmasından ibarətdir. Yeni standartlar peşə fəaliyyətinin bütün mərhələlərində təcrübəli və yeni müəllimlərə tətbiq olunacaqdır.
Xidmətlərin icra müddəti: sentyabr 2014 - fevral 2015
Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
• müraciət məktubu;
• yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
• əsas heyət haqqında məlumat;
• nizamnamə.
Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
• Təhsil tədqiqatları sahəsində uğurlu təcrübə;
• Müəllim peşə hazırlığı sahəsində təcrübə;
• Ümumi orta təhsil kurikulumu üzrə layihələrdə təcrübə;
• Təhsil sektorunda beynəlxalq donorlar tərəfindən maliyyələşən layihələrdə təcrübə.
Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
Maraqların İfadəsi yazılı şəkildə 30 iyun 2014-cü il tarixinədəkaşağıdakı ünvana təqdim edilməlidir:
Layihənin Əlaqələndirmə Qrupu,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: (+99 412) 488 66 47/48
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.
9 il əvvəl
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl