• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Maraqların ifadəsi üçün dəvət

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ
CREDIT No: 4595 AZ
 
Tapşırığın adı: “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Tədris Mərkəzi üçün peşə standartlarının və kurikulumların hazırlanması.
Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assossiyasından kredit almışdır və bu vəsaitlərin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
Tapşırığın məqsədi “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə dəstək verməkdir. Bu tapşırıq mexatronika, kimya və inşaat sahələrində 6 prioritet ixtisas profillərinin müəyyən edilməsi üçün peşə təliminin hazırlanması və tətbiqi üçün tərtib edilmişdir.
Tapşırığın müddəti: 5 ay
Tapşırığın icra olunacağı yer: “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Tədris Mərkəzi, Sumqayıt şəhəri.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq xidmətlərin göstərilməsi məqsədilə qeyd olunan tələblərə cavab verən məsləhətçi şirkətləri maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlər öz maraq ifadələrini məsləhətçi xidmətlərin göstərilməsi üzrə ixtisas tələblərinə cavab verdikləri barədə ətraflı məlumatlarla (oxşar tapşırıqların təsviri, şəraitlərdə qazanılmış təcrübə və s.) birgə təqdim etməlidirlər.
Məsləhətçi şirkətlə bağlı seçim meyarları:
• Əmək bazarı ilə bağlı təcrübə;
• Sənaye və bazar tələblərinə cavab verən, səriştə əsaslı peşə standartlarının hazırlanmasında təcrübəsi;
• Peşə Təhsili Mərkəzləri üçün kurikulumların, təlimatların/dərsliklərin və təlim materiallarının hazırlanması və inkişaf etdirilməsi sahəsində təcrübə;
• Oxşar tapşırıqların həyata keçirilməsində və müqayisə edilə bilən konteksdə layihələrin idarə olunmasında təcrübəyə malik olmalıdırlar.
Xidmətlərə maraq göstərən şirkətlərin diqqəti Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”nın (May 2004, düzəliş edilib: Oktyabr 2006) Maraqların Ziddiyyəti üzrə Dünya Bankının siyasətini ifadə edən 1.9 paraqrafına yönəldilir. 
Məsləhətçi şirkət öz ixtisas göstəricilərini təkmilləşdirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında əməkdaşlıq edə bilərlər. 
Məsləhətçi şirkət Dünya Bankının Məsləhətçilər üçün Təlimatın Məsləhətçinin Keyfiyyət Göstəricilərinə əsaslanan satınalma metodu ilə seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür.
Maraqların İfadəsi sənədi yazılı şəkildə 15 avqust 2014-cü il tarixinə qədər aşağıdakı ünvana (şəxsən və/ya poçt və/ya faks və/ya e-mail vasitəsilə) təqdim edilməlidir:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Nobel prospekti, 15, 10-cu mərtəbə, 60-cı otaq
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: + 994 (12) 488 66 47/48; Fax: +994 (12) 488 66 49


9 il əvvəl

Sayt test rejimində çalışır