• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

IX sinif məzunlarinin ingilis dili biliklərinin yoxlanilmasi və təhlili

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
 Kredit Nö.: 4394AZ
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
Xidmətlərin məqsədi beynəlxalq səviyyədə qəbul olunmuş standartlar əsasında IX sinif şagirdlərinin ingilis dili biliklərinin imtahan vasitəsilə yoxlanılması və təhlilidir.
 
Xidmətlərin icra müddəti: noyabr 2014-cü il – iyun 2015-ci il
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
• müraciət məktubu;
• yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
• əsas heyət haqqında məlumat;
• nizamnamə.
 
Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
 
• Standartlaşdırılmış testlərin təşkilində və idarə olunmasında institusional təcrübə və uğurlu fəaliyyət;
• Beynəlxalq standartlar əsasında dil səviyyəsini ölçən imtahanların, xüsusilə ikinci və ya xarici dil kimi ingilis dili üzrə imtahanların həyata keçirilməsində institusional təcrübə;
• Мüqayisə oluna bilən kontekstdə imtahanların idarə edilməsində işçi heyətin təcrübəsi.
 
Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
 
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
 
 
Maraqların İfadəsi yazılı şəkildə 10 sentyabr 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:
 
Layihənin Əlaqələndirmə Qrupu,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: (+99 412) 488 66 47/48; faks: (+99 412) 488 66 49.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.


9 il əvvəl

Sayt test rejimində çalışır