• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan direktor müavinlərinin təlimlərdə iştirakı üçün müsabiqə elan edir.

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsili idarəedənləri yetişdirməkdir.
 Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.
 
Təlimlərin müddəti:
 Təlimlər  20 oktyabr  2014-cü il – 17 yanvar 2015-ci il (3 ay) tarixlərini əhatə edəcək.
 
Təlimdə əhatə ediləcək modullar:
 
  • Planlaşdırma
  • Statistika-Məlumatların toplanılması və təhlili
  • İdarəetmə və təşkilatçılıq
  • Keyfiyyətli təhsil və təlim-tədris keyfiyyətinə nəzarət
  •  Liderlik
  •  Qanunvericilik
 
Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.
 
Müsabiqədə iştirak üçün minimum tələblər:
  •  Ali pedaqoji təhsil
  • Məktəb direktoru və ya direktor müavini kimi ən azı 2 (iki) il pedaqoji iş təcrübəsi
 
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
  • Liderlik bacarığı
  • Yüksək motivasiyalılıq
  • Səmərəli qərar qəbuletmə bacarığı
  • Nəticəyönümlülük
  • İKT-dən istifadə bacarığı
 
Müraciət qaydaları:
Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
 
Müraciət üçün son tarix: 07 oktyabr 2014-сü il, saat 17:00
 
Seçim qaydaları:
Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur.
 
Yekun qiymətləndirmə:         
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.
 


9 il əvvəl

Sayt test rejimində çalışır