• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2015-2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və təlimə ehtiyaci olan fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim və mentorluq

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
Kredit Nö.: 4394AZ
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) icra olunması ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
TSİİL-in ibtidai (1-4-cü siniflər), ümumi orta (5-9-cu siniflər) və tam orta (10-11-ci siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumlarının hazırlanmasında töhfəsi olmuşdur. Yeni kurikulumların tətbiqinə dəstək olaraq TSİİL çərçivəsində 2010-cu ildən bəri təlimlər təşkil olunur. 2015/2016-cı tədris ilində ibtidai siniflərdə və 5-8-ci sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən müəllimlər üçün növbəti təlimlərin keçirilməsinə ehtiyac yaranmışdır.
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir:
1.Müqavilə Nö.4394AZ-QCBS-293: 2015/2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və təlimə ehtiyacı olan Ədəbiyyat, Ana dili, qeyri-azərbaycan bölməsi üçün Azərbaycan dili və Xarici dil fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim və mentorluq
2.Müqavilə Nö.4394AZ-QCBS-294: 2015/2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və təlimə ehtiyacı olan Riyaziyyat və İnformatika fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim və mentorluq
3.Müqavilə Nö.4394AZ-QCBS-295: 2015/2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və təlimə ehtiyacı olan Azərbaycan tarixi, Ümumi tarix və Coğrafiya fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim və mentorluq
4.Müqavilə Nö.4394AZ-QCBS-296: 2015/2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və təlimə ehtiyacı olan Musiqi, Təsviri incəsənət, Texnologiya və Fiziki tərbiyə fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim və mentorluq
5.Müqavilə Nö.4394AZ-QCBS-297: 2015/2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və təlimə ehtiyacı olan Biologiya, Həyat bilgisi, Fizika və Kimya fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim və mentorluq
6.Müqavilə Nö.4394AZ-QCBS-298: 2015/2016-cı tədris ilində ibtidai təhsildə dərs deyəcək və təlimə ehtiyacı olan müəllimlər üçün yeni kurikulum üzrə təlim və mentorluq
 
Təlimlər Azərbaycan Respublikasının müxtəlif regionlarında Azərbaycan dilində keçiriləcəkdir.
 
Xidmətlərin icra müddəti: iyun-dekabr 2015-ci il
 
Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
 
  • Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması;
  • Məktəblərlə bağlı layihələrin həyata keçirilməsi sahəsində ən azı son iki ildə iş təcrübəsi;
  • Müəllimlər üçün təlim kurslarının keçirilməsində son iki ildə iş təcrübəsi.
 
Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
 
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
 
Maraqların İfadəsi yazılı şəkildə 20 noyabr 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:
 
Layihənin Əlaqələndirmə Qrupu,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15.
Əlaqələndirici şəxs: Yeganə Manafova
Əlaqə telefonları: 488 66 47/48; faks: 488 66 49.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar. 


9 il əvvəl

Sayt test rejimində çalışır