• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ali Təhsil Layihəsi çərçivəsində Ətraf Mühitin İdarəolunması üzrə Çərçivə Sənədinə dair ictimai məsləhətləşmələrə dəvət

Təhsil Nazirliyi məmnunluqla bildirir ki, təklif olunan Ali Təhsil Layihəsinin maliyyələşdirilməsi məqsədi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kreditin alınması üçün Azərbaycan Respublikası və Dünya Bankı arasında danışıqlar aparılır. Sözügedən Ali Təhsil Layihəsinin məqsədi tələbələrə yüksək keyfiyyətli təhsil vermək üçün ali təhsil sisteminin və ali təhsil müəssisələrinin potensialının gücləndirilməsidir  və onun icra müddəti 5 illik dövrü əhatə edir.
 
Ali Təhsil Layihəsi aşağıdakı komponentlərdən və alt-komponentlərdən ibarətdir:
 
Komponent 1: Ali Təhsil Sisteminin İnkişaf Etdirilməsi
Alt-komponent 1.1: İdarəetmənin Təkmilləşdirilməsi
Alt-komponent 1.2: Keyfiyyətə Təminat Mexanizmlərinin Gücləndirilməsi
Alt-komponent 1.3: Maliyyələşdirmə İslahatları
Alt-komponent 1.4: İctimaiyyətin məlumatlandırılması və İctimai Rəyin Öyrənilməsi
 
Komponent 2: Ali Təhsil Müəssisələrinin Potensialının Gücləndirilməsi
Alt-komponent 2.1: Liderlik və İdarəetmə Potensialının Gücləndirilməsinə Dəstək
Alt-komponent 2.2: Seçilmiş islahat tədbirlərinin pilot tətbiqi
Alt-komponent 2.3: Keyfiyyətin Yüksəldilməsi üçün İnkişaf Təşəbbüslərinin Dəstəklənməsi
 
Komponent 3: Layihənin Əlaqələndirilməsi, Monitorinqi və Qiymətləndirilməsi.
 
Ali Təhsil Layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər, əsasən, texniki yardımın göstərilməsinə yönəldiyindən ətraf mühitə dəyəcək zərər məhdud olacaqdır. Ətraf mühitə təsir edə biləcək təmir işləri “Keyfiyyətin Yüksəldilməsi üçün İnkişaf Təşəbbüslərinin Dəstəklənməsi” adlı 2.3 alt-komponenti çərçivəsində ali təhsil müəssisələrinin seçilmiş alt-layihələrində nəzərdə tutula bilər. Bu alt-layihələrin seçilməsi və  həyata keçirilməsində ətraf mühit problemləri nəzərə alınacaq. Həmin alt-layihələr çərçivəsində ətraf mühitə dəyə biləcək ziyanın qarşısını almaq məqsədilə Ətraf Mühitin İdarəolunması üzrə Çərçivə Sənədi (ƏMİÇS) tərtib olunmuşdur. 
ƏMİÇS Ali Təhsil Layihəsi çərçivəsində alt-layihələrin tərtibi və həyata keçirilməsi zamanı Dünya Bankının “Ətraf Mühitin Qiymətləndirilməsi” siyasətinin müddəalarına və Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi üzrə qaydalarına riayət olunmasına yardım etmək üçün nəzərdə tutulmuşdur. ƏMİÇS Dünya Bankının ətraf mühitin qiymətləndirilməsi qaydalarına uyğun olaraq ətraf mühiti mühafizə etmək üçün prosedur və icra tədbirlərindən ibarətdir.
ƏMİÇS ictimai müzakirə üçün açıq elan olunur (sənədlə tanış olmaq üçün ƏMİÇS sözünün üzərinə tıklayın). Sizin ƏMİÇS ilə bağlı hər hansı rəy və təkliflərinizi səbirsizliklə gözləyirik. Verəcəyiniz hər bir təklif ƏMİÇS-in təkmilləşdirilməsində nəzərə alınacaqdır.
ƏMİÇS ilə bağlı rəylərinizin 26 noyabr 2014-cü il tarixinədək elektron poçt və ya digər vasitə ilə aşağıdakı ünvana çatdırmağınızı xahiş edirik:
 
Layihə Əlaqələndirmə Qrupu
Azərbaycan Respublikası, Bakı ş., AZ1008
Nobel pr., 15, “Azure” Biznes Mərkəzi, 10-cu mərtəbə, 60-cı otaq
Tel: + 994 (12) 488 66 47/48;
Fax: +994 (12) 488 66 49


9 il əvvəl

Sayt test rejimində çalışır