• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
Kredit № 4394AZ 
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) icra olunması ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
TSİİL-in məktəbəqədər təhsil kurikulumunun hazırlanmasında töhfəsi olmuşdur və 2013-cü ildə Azərbaycan Respublikasının pilot rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni kurikulum üzrə təlimlər keçirilmişdir. Məktəbəqədər təhsil kurikulumunun tətbiqi məqsədilə bütün dövlət məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün növbəti təlimlər 2015-ci ildə planlaşdırılır.
 Azərbaycan Respublikası Təhsil Nazirliyi qeyd olunan təlimlərin və mentorluğun keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir:
1. Müqavilə №4394AZ-QCBS-278: Abşeron iqtisadi rayonunda məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq;
2. Müqavilə №4394AZ-QCBS-279: Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq;
3. Müqavilə №4394AZ-QCBS-280: Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq;
4. Müqavilə №4394AZ-QCBS-281: Aran və Lənkəran iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq.
 
 
Təlimlər və mentorluq Azərbaycan Respublikasının müxtəlif regionlarında Azərbaycan dilində keçiriləcəkdir.
 
Xidmətlərin icra müddəti: iyun 2015 - mart 2016
 
Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
    • nizamnamə.  
 
Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
  • Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması;
  • Müəllimlər üçün təlim kurslarının keçirilməsində iş təcrübəsi;
  • Məktəbəqədər təhsil sahəsində layihələrin həyata keçirilməsində iş təcrübəsi.
 Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
 
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
 
Maraqların İfadəsi yazılı şəkildə 21 yanvar 2015-ci il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:
 
Layihənin Əlaqələndirmə Qrupu,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15.
Əlaqələndirici şəxs: Yeganə Manafova
Əlaqə telefonları: 488 66 47/48; faks: 488 66 49
 
Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.


9 il əvvəl

Sayt test rejimində çalışır