• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təlim mərkəzində aparılacaq təmir işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması və müəlliflik nəzarətinin həyata keçirilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ
KREDİT Nö 4595AZ
 
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
 
Azərbaycan Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin aşağıda təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
Xidmətlərin qısa təsviri: Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təlim mərkəzində aparılacaq təmir işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması və müəlliflik nəzarətinin həyata keçirilməsi.
 
İcra müddəti: on iki (12) ay
 
Məsləhətçi xidmətlərini icra edəcək şirkət üçün ixtisas tələbləri:
1)      Müqavilə ilə təltif edilmək üçün bu Texniki Tapşırıqda nəzərdə tutulmuş işlər üçün Məsləhətçi şirkətin Azərbaycan qanunvericiliyinə uyğun müvafiq lisenziyası olmalıdır;
2)      Məsləhətci şirkət bina və qurğuların müfəssəl texniki müayinəsi, memarliq/dizayn mühəndis xidmətləri və bina qurğularının/avadanlığının layihələndirilməsi sahəsində ən azı 3 illik peşəkar iş təcrübəsinə malik olduğunu təsdiq edən müvafiq sənəd təqdim etməlidir;
3)      Beynəlxalq qurumların maliyyələşdirdiyi layihələr üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir.
4)      Məsləhətçi aşağıdakı sahələr üzrə ixtisaslaşmış əsas heyətə malik olmalıdır:
   - Memar;
   - İnteryer dizayner;
   - Mühəndis-smetaçı;
   - Elektrik təchizatı üzrə mühəndis-layihəçi;
   - İstilik təchizatı üzrə mühəndis-layihəçi;
   - Su təchizatı və kanalizasiya sistemi üzrə mühəndis-layihəçi;
   - Yanğın mühafizə siqnalizasiya sistemi üzrə mühəndis-layihəçi.
 
Təhsil Nazirliyi müvafiq şirkətləri təsvir olunan xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən Seçimi və İşə Götürülməsi” təlimatlarının cari buraxılışında müəyyən edilən qaydalarla uyğun olaraq Məsləhətçinin İxtisas Göstəricilərinə əsaslanan müsabiqə metodu ilə seçiləcəkdir. Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür.
 
Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən məlumatları (nizamnamə, yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri, müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat) müraciət məktubu ilə birlikdə 14 yanvar 2010-cu il  saat 18.00-dan gec olmayaraq aşağıdakı ünvana təqdim etməlidirlər.
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Füzuli Qurbanov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.


9 il əvvəl

Sayt test rejimində çalışır