• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Daxili müsahibələrin keçirilmə tarixi və vaxtı barədə qrafik

Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə 15 may 2018-ci il tarixdə elan edilmiş daxili müsahibələrin keçirilmə tarixi və vaxtı barədə qrafik   № Namizədin soyadı, adı Struktur bölmə Namizədin iddia etdiyi vəzifə Müsahibənin keçirilmə tarixi Müsahibənin keçirilmə vaxtı 1. Əliyeva Vüsalə Firdovsi Tədris resursları şöbəsi Baş məsləhətçi 17.07.2018 10:15 2. Orucov Ramil Ağamirzə Maliyyə şöbəsi, Maliyyə sektoru Baş məsləhətçi 17.07.2018 10:45 3. Salmanova Maral Saday Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, İdman sektoru Baş məsləhətçi 17.07.2018 11:30 4. Bədirxanov Zamin Ədalət Peşə Təhsili üzrə Dövlət Agentliyi,  Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsi Müdir 17.07.2018 12:15 5. Məmmədov Əziz Bəhmən Qazax rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 14:15 6. Cəfərov Vüsal Rizvan Samux rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 15:00 7. Bürcəliyev Rahib Məhəmməd Göyçay rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 15:45 8. Dostuyev Qələmşah Dostu Quba rayon Təhsil şöbəsi Müdir müavini 17.07.2018 16:30

Təhsil Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elanı

Azərbaycan Respublikasının Təhsil Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir. Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə edə bilərsiniz. Müsahibədə müvafiq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat almış şəxslər iştirak edə bilərlər. Hər bir namizəd sertifikat aldığı müvafiq vəzifə altqrupu çərçivəsində vakant vəzifə üzrə müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Dövlət İmtahan Mərkəzinin internet portalına daxil etdiyi müvafiq məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 29 iyun 2018-ci il tarixindən 29 iyul 2018-ci il tarixinədək (30 gün müddətində) elektron müraciət etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Təhsil Nazirliyinin aparatı üçün qum şitinin və yanğınsöndürən balonların alınması, eləcə də mövcud yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 03.07.2018-ci il tarixində saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Təhsil Nazirliyi aparatının balansında olan xidməti minik avtomobilləri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin və digər nəqliyyat xidmətlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 29.06. 2018-ci il tarixdə, saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Açıq tenderin nəticələrinə dair bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyində 2018-2019-cu tədris ilinə ümumi təhsili həyata keçirən dövlət təhsil müəssisələrinin əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsaitlərin) çapına dair 27 aprel 2018-ci il tarixində keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən I lot üzrə “Təhsil” Nəşriyyat Poliqrafiya MMC, II lot üzrə “Şərq-Qərb” ASC, III lot üzrə “Radius” MMC və IV lot üzrə “Çaşıoğlu Elm-İstehsalat”  MMC tenderin qalibi olub və 21 iyun 2018-ci il tarixində həmin müəssisələr ilə satınalma müqavilələri bağlanılıb.   Tender komissiyası

Açıq tender elanı

Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş

Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi ümumtəhsil müəssisələrinə İstilik enerjisi (quru odun yanacaginin) işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “MASTER-OFİS” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 20 İyun 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

UFAZ-da işə qəbul elanı

Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində mövcud olan, içməli su üçün nəzərdə tutulan çənlərin təmizlənməsi, yuyulması və dezinfeksiyası xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “SAN PROF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 13 iyun 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

Açıq tender elanı

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır