• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikasının Təhsil Nazirliyi 7-8 aprel 2015-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransını keçirir.

Konfransın istiqamətləri: - Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, ekologiya, yer haqqında elmlər); - Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompyuter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, metallurgiya, nəqliyyat); - Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);    Məruzə tezislərinin tərtib olunma qaydaları: - Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur; - Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır; - Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında isə ali təhsil müıssisəsinin adı yazılır. Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir: • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir. • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir. • Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir. • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir (Məsələn, 2, səh.222). Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilır. Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin) iclas protokolundan çıxarış əlavə olunur. Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılmır. Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir. Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılmır. Məruzə tezisləri müvafiq ali təhsil müəssisələrinin doktorantura şöbələrinə təqdim olunmalıdır. Məruzə tezislərinin qəbul olunması üçün son tarix: 28 fevral 2015-ci il

Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim

 DƏRSLİKLƏRİN HAZIRLANMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ TƏLİM   MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)     Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin burada təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlimlərin təşkil olunmasından ibarətdir.      Xidmətin icra müddəti: aprel-dekabr 2015-ci il   Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimin həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:  • Məsləhətçi təşkilat müvafiq sahədə təlim və seminarların keçirilməsində geniş təcrübəyə malik olmalıdır; • Məsləhətçi təşkilatın əsas heyəti dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində geniş təcrübəyə malik olmalıdır; • Məsləhətçi təşkilatın dərsliklərin hazırlanması və qiymətləndirilməsi ilə əlaqəli layihələrin həyata keçirilməsində təcrübəsi üstün dəyərləndiriləcək; • Məsləhətçi təşkilatın Azərbaycan dilində təlimlərin keçirilməsində təcrübəsi üstün dəyərləndiriləcək.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.     Maraqların İfadəsi yazılı şəkildə 02 mart 2015-ci il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: (+99 412) 488 66 47/48; faks: (+99 412) 488 66 49. Email: y.manafova@edu.gov.az   Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.

Yazılı və şifahi tərcümə xidmətləri

 YAZILI VƏ ŞİFAHİ TƏRCÜMƏ XİDMƏTLƏRİ   MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)     Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə  Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin burada təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Keyfiyyətli, dəqiq və vaxtında olan yazılı və şifahi tərcümə xidmətləri göstərməklə TSİİL çərçivəsində təşkilatı tədbirlərin səmərəliliyini yaxşılaşdırmağa yardım etmək.   Xidmətlərin icra müddəti: aprel 2015 - mart 2016   Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: • Tərcümə xidmətlərinin göstərilməsində geniş və uğurlu təcrübəsi olan nüfuzlu şirkət; • Əsas heyət tərcümə sahəsində ən azı 5 illik təcrübəyə malik olmalı; • Beynəlxalq qurumlarla təcrübəsi olan təşkilatlara üstünlük veriləcəkdir.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Ən Aşağı Dəyər əsasında seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılı şəkildə 02 mart 2015-ci il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Layihənin Əlaqələndirmə Qrupu Əlaqələndirici şəxs: Yeganə Manafova AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49 E-poçt: y.manafova@edu.gov.az   Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.

İctimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinator

Tapşırığın adı: İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR SAHƏSİNDƏ İNSTİTUSİONAL İNKİŞAF ÜZRƏ KOORDİNATOR İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi   İcra müddəti: aprel 2015 – mart 2016   Tapşırıq və Vəzifələr: • Təhsil Nazirliyinin icra qurumlarının, dövlət ali və orta ixtisas təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr xidmətlərinin institusional inkişafı ilə bağlı təkliflər planlarının hazırlanması; bununla əlaqəli fərdi və fokus qruplarla tələbatların öyrənilməsi məqsədilə müsahibələrin və təhlillərin aparılması; • Kadr potensialının gücləndirilməsinə xidmət edəcək təlimlərin, seminarların, brifinqlərin, dəyirmi masaların və diskussiyaların təşkili; • Dövlət təhsil qurumlarının və təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr xidmətlərinə təlim planlarının inkişafında köməklik göstərilməsi; • İctimaiyyətlə əlaqələr sahəsinə aid layihələrin əlaqələndirilməsi; • Dövlət təhsil qurumlarının ictimaiyyətlə əlaqələr sahəsində uğurlu təcrübələrinə aid məqalələrin və analitik yazıların hazırlanması; • Dövlət təhsil qurumlarının və təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr xidmətlərinin vətəndaş birlikləri və sosial şəbəkələrlə iş, komandaların formalaşması, təşkilatı və ünsiyyət bacarıqları sahəsində peşəkarlıqlarının inkişafı; • Dövlət təhsil müəssisələrindəki ictimaiyyətlə əlaqələr mütəxəssisləri ilə birgə fəaliyyətin təşkili; • İctimaiyyətlə əlaqələrin institusional inkişafı sahəsində fəaliyyət göstərən peşəkarlar şəbəkələri ilə təcrübə mübadiləsi məqsədi ilə tərəfdaşlığın inkişafı.   İxtisas tələbləri: • Jurnalistika, filologiya, idarəetmə və digər humanitar elmlər üzrə ali təhsili; • İctimaiyyətlə əlaqələr sahəsində ən azı 5 il iş təcrübəsi; • İnstitusional potensialın gücləndirilməsi sahəsində iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək; • Azərbaycan və rus dillərində mükəmməl, ingilis dilində isə orta səviyyədə dil bacarığı; • Kompüter bilikləri. Müraciət forması: Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər.   Son təqdim edilmə tarixi: 02 mart 2015-ci il, saat 18:00-dək   Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49 E-poçt: y.manafova@edu.gov.az 

2015-2016-ci tədris ili üçün SABAH qruplarına tələbə yerləşdirilməsi haqqında məlumat

2015-2016-ci tədris ili üçün SABAH qruplarına qəbul 6 ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə aparılır. Müsabiqə ilkin mərhələdə akademik göstəricilərin qiymətləndirilməsi, ikinci mərhələdə ingilis dili və məntiq üzrə test imtahanı və son mərhələdə müsahibə şəklində aparılacaqdır. Müsabiqədə Respublikanın istənilən ali təhsil müəssisəsinin bakalavr pilləsində əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilərlər. Qeydiyyat mərhələsi 02.02.2015-ci il tarixindən başlamış və 15.03.2015-ci il tarixinə qədər davam edəcəkdir. Müraciət etmək istəyən tələbələrdən www.sabah.edu.az saytında yerləşdirilmiş elektron ərizə formasını müvafiq şəkildə doldurmaları tələb olunur. Tələbələr elektron ərizəyə daxil etdikləri məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana dəvət olunacaqdırlar. Müsabiqənin ikinci mərhələsi olan test imtahanının 2015-ci ilin aprel ayında keçirilməsi nəzərdə tutulmuşdur. İmtahan nəticələri elan olunduqdan sonra nəticələri yüksək olan tələbələr müəyyən olunmuş komissiya heyətinin iştirakı ilə müsabiqəyə çağrılacaqlar. Qəbul qaydaları və müəyyən olunmuş ixtisaslar haqqında ətraflı məlumatı www.sabah.edu.az saytından əldə edə bilərsiniz. 

Makedoniya Respublikası Təhsil və Elm Nazirliyinin 2015-2016-cı tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elanını nəzərinizə çatdırırıq:

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S. Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına 2015-2016-cı tədris ili üçün VII, VIII və IX siniflər üzrə şagird qəbulu elan edilir.

Gimnaziya və liseylərdə xüsusi istedadlı şagirdlərin təhsili üçün fərqli proqramlar tətbiq olunur, onlar keyfiyyətli təhsillə təmin edilirlər. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik gimnaziya və liseylər şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. İnteraktiv tədris yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. İstedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq mərkəzlər fəaliyyət göstərir. Bununla yanaşı, gimnaziya və liseylərdə aşağıdakılar mövcuddur: • Kimya, fizika və biologiya laboratoriyalarında praktiki iş • Texniki avadanlıqlar ilə zəngin kabinetlər • Zəngin kitabxana • Müasir standarlara cavab verən yataqxana imkanları • Dövlət hesabına qidalanma • Açıq və qapalı idman meydançaları • Məktəbdənkənar tədbirlər • Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan unikal proqramlar Hal-hazırda VI, VII və VIII siniflərdə təhsil alan şagirdlər gimnaziya və liseylərdə yaradılmış qəbul komissiyalarına ərizə ilə müraciət edə bilərlər. Sənədlərin qəbulu hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeyd olunan gimnaziya və liseylərdə aparılır. Bundan başqa, aşağıda adı çəkilən sənədlərin elektron şəkildə qəbulu e-qebul@edu.gov.az elektron poçtu vasitəsilə aparılır. Elektron sənəd göndərərkən mövzu yerində qəbul olmaq istədiyiniz məktəbin adını qeyd edin. Qəbul imtahanları 16 may 2015-ci il tarixlərində keçiriləcəkdir. Müraciət üçün son tarix: 8 may 2015-ci il Tələb olunan sənədlər: • Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti • 2 ədəd 3X4 ölçülü fotoşəkil    Əlavə məlumat almaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz: Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi: Yasamal rayonu, Əhməd Cəmil küçəsi 3 Əlaqə telefonu: (012) 510-76-28    Kimya-biologiya təmayüllü respublika liseyi:  Nizami rayonu, 8-ci km. qəsəbəsi, Şirin Mirzəyev küç. 53 Əlaqə telefonu: (012) 323-77-95    A.S. Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası Xəzər rayonu, Şüvəlan (Şimali DRES) qəsəbəsi, Lev Starçuk kuc.1 Əlaqə telefonu: (012) 459-01-45

Makedoniya Respublikası Dövlət Universitetlərində 2015-2016-cı tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elanı

Makedoniya Respublikası Dövlət Universitetlərində 2015-2016-cı tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elanı nəzərinizə çatdırırıq: Ölkə: Makedoniya Respublikası Ali təhsil müəssisəsi: Makedoniya Respublikası Dövlət Universitetləri Təhsil səviyyəsi: bakalavriat Təhsil dili: makedon dili Yaş həddi: 28 yaşadək Qarşılanan xərclər: təhsil haqqı, viza, yaşayış, yemək və yol xərci Aylıq təqaüdün məbləği: 5.000 MKD (təxminən 82 avro) Kvota sayı: yoxdur Son müraciət tarixi: 31.07.2015 Müraciət forması: elektron (e-poçt) Rəsmi internet səhifəsi: www.stipendii.mon.gov.mk www.mon.gov.mk Əlaqə vasitələri: email: biljana.zafirovska@mon.gov.mk  tel: +389 2 3227 761

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyi arasında imzalanmış sazişə uyğun olaraq, 2015-2016-cı tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 11 noyabr 2014-cü il tarixində imzalanmış İş Proqramına uyğun olaraq, 2015-2016-cı tədris ilində Macarıstan ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 200 yer ayrılıb.

 

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır