Sual: Məktəbəhazırlığın uşaqların zehni inkişafına nə kimi təsiri var?
Sual: Məktəbəhazırlıq qruplarının təşkil edilməsinin məqsədi nədir?
Sual: Məktəbəhazırlıq qrupları hansı rayon və şəhərlərdə fəaliyyət göstərəcək?
Məktəbəhazırlıq qruplarına dair sual-cavab
Məktəbəhazırlıq qrupları hansı rayon və şəhərlərdə fəaliyyət göstərəcək?
• Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, ancaq müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.
Məktəbəhazırlıq qruplarının təşkil edilməsinin məqsədi nədir?
• 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq;
• Əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq;
• Ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək.
• Məktəbəhazırlıq təhsili ibtidai təhsilə keçidi asanlaşdırır və uşağın ibtidai təhsilə adaptasiya olunmasına müsbət təsir edir.
Məktəbəhazırlığın uşaqların zehni inkişafına nə kimi təsiri var?
• Məktəbəhazırlıq təhsilinə cəlb olunmuş uşaqlar cəlb olunmayanlarla müqayisədə daha yüksək akademik göstəricilər əldə edir.
• Təhsil İnstitutunun araşdırmasına əsasən, məktəbəhazırlığı keçən uşaqlar digərləri ilə müqayisədə Ana dili və riyaziyyat imtahanlarında daha yaxşı nəticə göstərirlər.
• Məktəbəhazırlıq təhsili uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətini, eləcə də kommunikativ, oyun və digər bacarıqlarını inkişaf etdirir.
Məktəbəhazırlıq qruplarına neçə yaşlı uşaqlar cəlb edilir?
• Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.
Məktəbəhazırlıq qruplarında təhsil ödənişsizdir?
• Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.
• Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilib.
Məktəbəhazırlıq məşğələləri həftədə neçə gün və neçə saat olur?
• Həftədə 4 gün olmaqla, 12 məşğələ;
• Bir gün ərzində 3 məşğələ;
• Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə
• Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
Məktəbəhazırlıq qruplarında hansı məşğələlər keçirilir?
1. Ətraf aləmlə tanışlıq
2. Savad təliminə hazırlıq və nitq inkişafı
3. Bədii təfəkkürün inkişafı
4. Məntiqi və riyazi təfəkkürün inkişafı
5. Təsviri fəaliyyət
6. Musiqi
7. Fiziki mədəniyyət
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları verilirmi?
• Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.
Məktəbəhazırlıq qruplarında uşaqlara qiymət yazılırmı?
• Uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.
• Məktəbəhazırlıq qruplarında davamiyyət müvafiq sinif jurnalında qeyd edilir.
Məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili necə müəyyənləşdirilib?
• Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlanır və mayın 31-də başa çatır.
• I yarımil: 1 oktyabr-26 yanvar;
• II yarımil: 1 fevral-31 may.
Məktəbəhazırlıq qruplarında tətillər nə zamandır?
• 5 gün payız tətili (16-20 noyabr);
• 5 gün qış tətili (27-31 yanvar);
• 5 gün əlavə tətil (1-5 may).
Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyə bilər?
• Diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən 4-cü sinifdə tədris aparan müəllimlər seçilir. Bu da növbəti tədris ilində birinci sinfə gedəcək şagirdlərin adaptasiya olunması üçün körpü rolunu oynayır.
• Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər öyrədici təlimlərə cəlb olunurlar.
Bir məktəbəhazırlıq qrupunda neçə uşaq olur?
1. Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;
2. Şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq;
3. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.
Məktəbəhazırlıq qruplarında məktəbli forması tətbiq edilirmi?
• Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.
Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün hər hansı bir məhdudiyyət varmı?
• Məktəbəhazırlıq qruplarına getməyən uşaqların I sinfə qəbuluna heç bir məhdudiyyət qoyulmur.
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu nə zaman başlayır?
• Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.
• Bakı şəhərində məktəbəhazırlıq qruplarına sənəd qəbulu isə mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu 01.08.2017-ci il tarixdən 18.09.2017-ci il tarixədək həyata keçirilir. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçdikdən sonra lazımı sənədlərlə birlikdə 15.08.2017-ci il tarixdən 30.09.2017-ci il tarixədək məktəbə müraciət etmək lazımdır.
Məktəbəhazırlıq qruplarına hansı sənədlər tələb olunur?
1. Uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda));
2. Uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U);
3. 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
4. Məktəb direktorunun adına ərizə; Yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”
İnternat məktəblərində təhsil alan uşaqlar üçün məktəbəhazırlıq qrupları fəaliyyət göstərirmi?
• Ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərində də məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. (Bakı şəhəri 11 və 10 nömrəli internat məktəbləri)
Ötən ildən məktəbəhazırlıq qruplarına nə qədər şagird cəlb olunub?
• Məktəbəhazırlığın təşkili “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulduğu kimi mərhələli prosesdir.
• Məktəbəhazırlıq təhsilinin əhatəsi 2016-cı ildə ölkə üzrə 55%-ə çatıb.
• Məktəbəhazırlıq qrupları ölkə üzrə 2.795 dövlət məktəblərində təşkil olunub.
• Məktəbəhazırlıq təhsilinə 4.410 məktəbə hazırlıq qrupuna 86.970 uşaq və iş təcrübəsinə malik müəllim cəlb olunub.
Macarıstanda ali təhsillə bağlı verilən suallar
Sual: Müsabiqədə iştirak üçün necə müraciət etməliyəm?
Cavab: İlk öncə, keçiddə qeyd edilmiş Macarıstan Təqaüd Proqramının müraciət formasını doldurmalısınız. Müraciət formasını düzgün şəkildə tamamlamış və müsahibə mərhələsində iştirak üçün əsas meyarlara cavab verən şəxslər müsahibədə iştirak etmələri üçün dəvət olunacaqlar.
Sual: Hansı ixtisaslar üzrə Macarıstanda təhsil ala bilərəm?
Cavab: Macarıstan ali təhsil müəssisələrində aşağıdakı ixtisas istiqamətləri üzrə təhsil ala bilərsiniz:
tam bakalavriat və magistratura təhsil proqramları üzrə
- kənd təsərrüfatı, su idarəetməsi - 10 təqaüd;
- təbiət elmləri, davamlı inkişaf - 20 təqaüd,
- turizm - 15 təqaüd;
- mühəndislik, informasiya texnologiyaları, texnologiyalar - 75 təqaüd;
- iqtisadiyyat, biznes və idarəetmə elmləri - 55 təqaüd;
doktorantura təhsili üzrə
- istənilən maraq dairəsi - 25 təqaüd.
Sual: Təqaüd Proqramında bir təhsil ili üzrə Macarıstan tərəfindən nə qədər təqaüd verilir?
Cavab: Aylıq təqaüd ev sahibi universitet tərəfindən veriləcəkdir. Mövcud qanunvericiliyə əsasən aşağıdakı kimi müəyyənləşdirilmişdir:
Bakalavriat və magistratura proqramları üçün: 40460 Macarıstan forinti
Doktorantura proqramları üçün: təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya dövründə isə aylıq 180.000 Macarıstan forinti
Sual: Mən bu il Macarıstanda ali təhsil müəssisəsinə artıq qəbul olmuşam. Təhsilimi dövlət hesabına davam etdirə bilərəm?
Cavab: Hökumətlərarası saziş çərçivəsində tələbələrin müraciət edə bildikləri ixtisaslar sazişə uyğun müəyyənləşdirilmişdir. Təhsilinizi qəbul olduğunuz universitetdə qəbul olduğunuz ixtisas üzrə o halda davam etdirə bilərsiniz ki, həmin ixtisasın saziş çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmuşdur və siz Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən uğurla keçmişiniz. Eyni zamanda, təhsil aldığınız ali təhsil müəssisəsinin adı Macarıstan tərəfindən təqdim olunmuş müvafiq siyahıda yer almalıdır.
Sual: Hökumətlərarası saziş çərçivəsində Macarıstanda təhsil hansı dildədir?
Cavab: Macarıstan ali məktəblərində tələbələr macar və ya ingilis dilində təhsil ala bilərlər.
Sual: Macar dilini bilməyən tələbə Macarıstan ali məktəblərində necə təhsil ala bilər?
Cavab: Macar dilində ali təhsilə başlamazdan öncə tələbələr Balassi İnstitutunda bir illik hazırlıq kursu keçməlidirlər.
Sual: Macarıstan ali məktəblərində ingilis dilində təhsil almaq üçün hansı səviyyədə dil biliyi kifayət edir?
Cavab: Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil səviyyəsi üzrə IELTS sertifikatı 6.0 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla), magistratura və doktorantura səviyyələri üzrə isə 6.5 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla) və ya digər sertifikatların bu göstəriciyə ekvivalentinə bərabər olmalıdır.
Sual: Bakalavriat və ya magistratura təhsilimi tam ingilis dilində almışam. Bu halda IELTS və ya TOEFL dil sertifikatı təqdim etməliyəm?
Cavab: Əgər bakalavriat və ya magistratura təhsilinizi (xaricdə və ya Azərbaycanda) tam ingilis dilində almısınızsa, müvafiq sübutedici sənədlər təqdim etdiyiniz təqdirdə, müsahibə mərhələsində iştirak üçün tələb olunan dil biliyi səviyyəsinə dair sertifikat tələbi nəzərə alınmır.
Sual: Mən IELTS və ya TOEFL imtahan nəticəmi 16.02.2018-ci il tarixindən sonra əldə edə biləcəyəm. Sertifikatı həmin tarixdən sonra aidiyyəti üzrə təqdim edəcəyim halda müsahibəyə dəvət edilə bilərəm?
Cavab: Elanda verilmiş şərtlərə uyğun olan IELTS və ya TOEFL imtahan nəticəsi 07.03.2018-ci il tarixinədək admission@edu.gov.az ünvanına göndərildiyi təqdirdə, digər meyarlara uyğun olaraq, müsahibəyə dəvət oluna bilərsiniz.
Sual: Mənim SAT nəticəm var, Macarıstan təqaüd proqramına müraciət edə bilərəm?
Cavab: DİM (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən gənclərin akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 75%-indən az olmamalıdır;
Sual: Macarıstanda təhsilə müraciət etmək üçün lazım olan sənədlərin siyahısını hardan əldə edə bilərəm?
Cavab: www.edu.gov.az internet səhifəsinin elanlar bölməsindən Macarıstan ali məktəblərinə qəbul ilə bağlı tələb olunan bütün sənədlərin siyahısını əldə edə bilərsiniz.
Sual: Müraciət üçün tələb olunan sənədlərdən bəzilərinin ingilis dilində və notarial qaydada təsdiqi istənilir. Sənədlərin orijinalının olduğu kimi skan olunub, tərcümə və təsdiqli formasının isə müsahibəyə gələrkən özümüzlə gətirilməsi mümkündürmü?
Cavab: Bəli mümkündür. Müsahibəyə gələrkən notarial qaydada tərcümə və təsdiq olunmuş sənədlərin surətini özünüzlə gətirməyiniz tələb olunur.
Sual: Mən hazırda bakalavriat səviyyəsi üzrə 3-cü kurs tələbəsiyəm. Eyni səviyyə üzrə təhsilimi Macarıstanda davam etdirə bilərəm?
Cavab: Macarıstan ali təhsil müəssisələrinə daxil olanlar və ya hazırda təhsil alan şəxslər, eyni zamanda ölkənin yerli ali təhsil müəssisələrində bakalavr pilləsində təhsil alan şəxslər təhsilinin 50%-dən çoxunu tamamlamamış olmalıdırlar.
Sual: Mən bakalavr təhsilimi İqtisadiyyat/Mühəndislik/İnformasiya texnologiyaları və s. ixtisası üzrə almışam. Magistratura təhsil səviyyəsi üzrə hansı ixtisasa müraciət edə bilərəm?
Cavab: Bakalavrdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır.
Sual: Doktorantura səviyyəsi üzrə müraciət üçün ixtisas məhdudiyyəti var?
Cavab: Doktorantura səviyyəsi üzrə ixtisas məhdudiyyəti yoxdur, müvafiq kvota çərçivəsində istənilən maraq dairəsi üzrə müraciət oluna bilər. Lakin, müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur).
Sual: Hal-hazırda 4-cü kurs tələbəsi olduğum üçün diplom təqdim edə bilməyəcəyəm. Qiymətlərin çıxarışını təqdim etmək olar?
Cavab: Hazırda təhsil aldığınız ali məktəb tərəfindən verilmiş təhsil haqqında arayış və transkripti (fənlər üzrə akademik göstəricilər) təqdim etməklə siz müsabiqədə iştirak edə bilərsiniz. (ingilis dilinə tərcümə əlavə edilməklə). Çatışmayan sənədlər olduğu təqdirdə (diplom, diplom əlavəsi, attestat və s.), onları 1 avqust tarixinədək elektron ərizə sisteminə yükləməlisiniz.
Sual: Mən DİM (əvvəlki TQDK) imtahanında 350 bal toplamışam, Macarıstan təqaüd proqramına müraciət edə bilərəm?
Cavab: Xeyr. Bakalavr və ya magistratura pillələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar.
Sual: Mənim 18 yaşım 2018-ci ilin oktyabr ayında tamam olacaqdır. Macarıstan təqaüd proqramına müraciət edə bilərəm?
Cavab: Xeyr. Yalnız 01 sentyabr 2018-ci ilə kimi 18 yaşı tamam olmuş namizədlər Macarıstan təqaüd proqramına müraciət edə bilərlər (“Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı”nın tələbinə əsasən, müvafiq tədris ilində 01 sentyabr tarixinə qədər 18 yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşları təqaüd proqramına müraciət edə bilməzlər).
Sual: Tələbəyə hərbi xidmətdən möhlət hüququ verilirmi?
Cavab: “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunu”nun 21.1.5-ci bəndinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.
Lakin eyni təhsil səviyyəsi üzrə ikinci dəfə müraciət edən şəxslər hərbi bilet və ya hərbi xidmətdən möhlət hüququnu əks etdirən sənədi təqdim etməlidirlər.
Sual: Təqaüd proqramı çərçivəsində qarşılanan xərclər hansılardır?
Cavab: Macarısta tərəfindən:
- ödənişsiz təhsil;
- universitet yataqxanasında yaşayış;
- tibbi sığorta;
- aylıq təqaüd
Azərbaycan tərəfindən tələbələrin xərcləri qarşılanmır (tələbələrin gediş-gəliş biletləri şəxsi vəsaitləri hesabına qarşılanır).
Sual: Mən bundan öncəki təhsilimi xaricdə bitimişəm, diplomun və diplom əlavəsinin nostrifikasiyasına dair sənəd təqdim etməliyəm?
Cavab: Bəli, öncəki ali təhsil haqqında sənədin Azərbaycan Respublikası ərazisində tanınmasına/nostrifikasiyasına dair sənəd təqdim etməlisiniz. Müvafiq sənədi əldə etməmisinizsə, ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:
Sual: Mən Macarıstan təqaüd proqramı çərçivəsində bakalavriat səviyyəsində sonuncu kurs tələbəsiyəm, növbəti səviyyə üçün yenidən Macarıstan təqaüd proqramına müraciət edə bilərəm?
Cavab: Bəli, Macarıstan təqaüd proqramı çərçivəsində sonuncu kursda təhsil aldığınız təqdirdə, növbəti təhsil səviyyəsi üzrə müraciət edə bilərsiniz.
Sual: Mən bakalavriat/magistratura/doktorantura səviyyəsi üzrə Macarıstan təqaüd proqramı çərçivəsində təhsil almışam. Eyni təhsil səviyyəsi üzrə bu proqrama təkrar müraciət edə bilərəm?
Cavab: Macarıstan təqaüd proqramının tələbinə əsasən, eyni təhsil səviyyəsi üzrə bu proqrama yenidən müraciət etmək mümkün deyildir.
Sual: Mən dövlət hesabına bakalavriat/magistratura/doktorantura səviyyəsi üzrə təhsil almışam. Eyni təhsil səviyyəsi üzrə Macarıstan təqaüd proqramına təkrar müraciət edə bilərəm?
Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.
Sual: Mən bir akademik ildə iki fərqli ölkənin təqaüd proqramına müraciət edə bilərəm?
Cavab: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Digər təqaüd proqramlarına müraciət etmiş namizədlərin sənədləri nəzərə alınmayacaq və etibarsız hesab ediləcəkdir.
Məktəbəhazırlıq qruplarında tədrisin təşkilinə dair sual-cavab
Sual: Məktəbəhazırlıq qruplarında məşğələlər nə vaxt başlanacaq?
Cavab: Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın oktyabrın 1-də başlanacaq və mayın 31-də başa çatacaq. Bununla belə, 2016-cı ildə oktyabr ayının 1-i şənbə gününə təsadüf etdiyindən bu il məşğələlər oktyabrın 3-dən başlanacaq.
Sual: Məktəbəhazırlıq qruplarında məşğələlər ödənişli olacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına aparılacaq.
Sual: Məktəbəhazırlıq qrupları bütün şəhər və rayonlarda fəaliyyət göstərəcək?
Cavab: Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.
Sual: Məktəbəhazırlıq qruplarına neçə yaşlı uşaqlar cəlb ediləcək?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə, məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili idarəetmə orqanlarına tövsiyə edilib.
Sual: Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyəcək?
Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılacaq.
Sual: Məktəbəhazırlıq qruplarında ümumilikdə neçə müəllim dərs deyəcək?
Cavab: Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin sayı qrupların sayına müvafiq olaraq müəyyən ediləcək.
Sual: Məktəbəhazırlıq qruplarında həftədə neçə saat dərs keçiriləcək?
Cavab: Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planına əsasən, məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.
Sual: Məktəbəhazırlıq qruplarında hansı dərs məşğələləri tədris olunacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.
Sual: Bir məktəbəhazırlıq qrupunda neçə uşaq olacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdiriləcək:
- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;
- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.
- Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.
Sual: Məktəbəhazırlıq məşğələləri həftədə neçə gün olacaq?
Cavab: Məktəbəhazırlıq məşğələləri həftədə 4 (dörd) gün keçiləcək.
Sual: Məktəbəhazırlıq məşğələləri gündə neçə saat olacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında bir gün ərzində 3 (üç) məşğələ tədris olunacaq.
Sual: Bir məşğələnin müddəti neçə dəqiqə müəyyən olunub?
Cavab: Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib.
Sual: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları veriləcəkmi?
Cavab: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.
Sual: Məktəbəhazırlıq qruplarında uşaqlara qiymət yazılacaqmı?
Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd ediləcək, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndiriləcək və bu barədə valideynlərə məlumat veriləcək.
Sual: Məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili necə müəyyənləşdirilib və tətillər olacaqmı?
Cavab: Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək:
- I yarımil: 1 oktyabr-26 yanvar;
- II yarımil: 1 fevral-31 may.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunub:
- 5 gün payız tətili (16-20 noyabr);
- 5 gün qış tətili (27-31 yanvar);
- 5 gün əlavə tətil (1-5 may).