Təhsil naziri İnteqrasiya təlimli internat tipli gimnaziyada olub
Təhsil naziri Ceyhun Bayramov Tovuz rayonunda yerləşən Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada olub.
Təhsil müəssisəsində şagirdlərin tədris və yaşayış şəraiti ilə tanış olan nazir sinif otaqlarını gəzib, uşaqlarla söhbət edib və onların təhsili ilə maraqlanıb.
Bildirilib ki, gimnaziya aztəminatlı, çətin həyat şəraitində olan və zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqlarının təlim-tərbiyəsinin təşkili üzrə yaradılmış təhsil müəssisəsidir. Təhsil müəssisəsi 1961-ci ildən fəaliyyət göstərir.
Hazırda gimnaziyada 779 şagird təlim-tərbiyə alır və onlardan 102 nəfəri müəssisədə gecələyir. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 148 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
Qeyd edilib ki, təhsil müəssisəsi 2016-2018-ci illərdə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib. Son beş il ərzində gimnaziyanın məzunlarından 53 nəfər ali, 15 nəfər isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Sonda müəllim və şagird kollektivi ilə birgə xatirə fotosu çəkilib.
5 il əvvəl
Daha çox xəbər
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
5 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
4 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
4 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
4 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
4 il əvvəl