• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Düşmənin hədəf aldığı uşaqlar

Oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub. Həmçinin 16-sı qadın, 6-sı azyaşlı olmaqla 35 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya, 100-dən çox müxtəlif təyinatlı obyektlərə, o cümlədən məktəb binalarına ziyan dəyib.

Yaralananlardan 10 nəfəri məktəblidir. Ömər Mehdiyev Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin 2-ci, Səlim Mustafazadə həmin məktəbin 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı sinif şagirdləridir. Aysu Əliyeva isə Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin 10-cu, Şəfa və  Şəmiddin Şirinovlar 25 nömrəli tam orta məktəbin 6-cı və 7-ci sinfində təhsil alırlar.


4 il əvvəl

Sayt test rejimində çalışır