• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2020-2021-ci tədris ili üzrə 809 nəfər SABAH tələbəsi adını qazanıb

2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin SABAH qruplarına tələbə seçimi aparılıb. Sözügedən qruplara tələbə seçimi mərkəzləşdirilmiş qaydada üç mərhələdən (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqədə iştirak üçün ümumilikdə 1984 tələbə müraciət edib, onlardan 1883 nəfəri test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Dövlət İmtahan Mərkəzi tərəfindən avqust ayında pandemiya şəraitinin tələblərinə uyğun keçirilmiş imtahanda 1864 tələbə iştirak edib. 2 gün ərzində 29 ixtisas üzrə test imtahanı mərhələsini uğurla keçən 1198 tələbə üçün onlayn müsahibə təşkil edilib. Müsabiqənin nəticələrinə əsasən, 809 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb.

Qeyd edək ki, 2020-2021-ci tədris ili üçün SABAH qruplarında yeni ixtisaslar açılıb, ingilis dilində tədris olunan qrupların sayı artırılıb. Belə ki, artıq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarında tədris tamamilə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) isə bir çox ixtisaslarda ingilis dilində aparılır.


4 il əvvəl

Sayt test rejimində çalışır