• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi

Oktyabrın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.

Brifinqdə iştirak edən Təhsil naziri Emin Əmrullayev erməni təcavüzü nəticəsində zərər dəymiş təhsil müəssisələri, həlak olan və yaralanan məktəblilər barədə danışıb. Təhsil naziri bildirib  ki, bu səbəbdən cəbhə bölgəsində yerləşən 1221 təhsil müəssisəsinin dərs cədvəllərində dəyişiklik edilib. Ermənistan Silahlı Qüvvələrinin hücumu nəticəsində 3 şagird həlak olub, 15 şagird xəsarət alıb, eləcə də 40-dək təhsil müəssisəsi müxtəlif dağıntılara məruz qalıb. Nazir Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qələbəsinə  və bu günün uzaqda olmadığına inamını ifadə edib.

Emin Əmrullayev koronavirusla bağlı məktəblərdə vəziyyətə toxunub və nazirlik tərəfindən gündəlik olaraq ictimaiyyətə məlumat verildiyini bir daha xatırladıb. Təhsil müəssisələrinin kontingentinin çoxsaylı olması və bunun nəticəsində yoluxma ehtimalının arta biləcəyini deyən Təhsil naziri qeyd edib ki, buna görə də  Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 oktyabrdan  2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Qərara əsasən, qeyd edilən dövr ərzində ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılır.

Daha sonra çıxış edən TƏBİB-in departament direktoru Yaqut Qarayeva ölkədə koronavirusa yoluxma barədə məlumat verib və bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, müəyyən addımlar atılır, lokal qapanmalar həyata keçirilir.

Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 


4 il əvvəl

Sayt test rejimində çalışır