• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Direktorların işə qəbulu üzrə imtahan proqramı

Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçən 2256 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Test imtahanı mərhələsinə hazırlaşan namizədlər imtahan proqramı ilə tanış ola bilərlər.

İmtahan mərhələsi keçirilməzdən öncə müsabiqəyə elektron qeydiyyatın yenidən elan edilməsi nəzərdə tutulub. Müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu cari ilin 28 sentyabr – 5 oktyabr tarixlərində həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron qeydiyyatdan keçib, 2479 namizəd elektron ərizəsini təsdiqləyib.

Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!


4 il əvvəl

Sayt test rejimində çalışır