• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Təhsil naziri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 21-də Təhsil naziri Emin Əmrullayev Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə onlayn formatda görüşüb.

Görüşdə Azərbaycan Respublikası və Yaponiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Ölkələr arasında tələbə-müəllim mübadiləsi, təhsildə İKT və start-up istiqamətləri üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetində Yapon mərkəzinin və yapon dilinin tədrisindən məmnunluq ifadə edilib,  universitetlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Təhsil naziri Azərbaycanın müxtəlif şəhər və rayonlarında dinc əhaliyə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 6 nəfər məktəblinin həlak olması, 17 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-a qədər təhsil müəssisəsinə zərərin dəyməsi ilə bağlı məlumatı səfirin diqqətinə çatdırıb. Səfir, öz növbəsində, insan itkisinə görə narahatçılığını ifadə edib.


4 il əvvəl

Sayt test rejimində çalışır