• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən məktəbdənkənar təhsil müəssisələri

Düşmən tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonlarda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Belə ki, Ağdam rayonunda 5, Cəbrayıl rayonunda 5, Füzuli rayonunda 5, Kəlbəcər rayonunda 4, Laçın rayonunda 5, Qubadlı rayonunda 5, Şuşa rayonunda 4, Xocəvənd rayonunda 2, Zəngilan rayonunda isə 5 məktəbdənkənar təhsil müəssisəsi yerləşib.

İşğal nəticəsində qeyd olunan ərazilərdə yerləşən 8 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb. Hazırda işğal səbəbindən müvəqqəti olaraq digər bölgələrə köçürülən məktəbdənkənar təhsil müəssisələri aşağıdakılardır:

- Ağdam rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Ağdam rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Füzuli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Füzuli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Laçın rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi

- Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Qubadlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Zəngilan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Zəngilan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Cəbrayıl rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Xocalı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi.

Qeyd edək ki, 1999-cu ildə Xocalıdan olan məcburi köçkünlərin kompakt yaşadığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində Xocalı rayon Uşaq yaradıcılıq Mərkəzi yaradılıb. 2017-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılmasına əsasən, ölkə üzrə olduğu kimi işğal altında olan rayonlar üzrə də birləşmə nəticəsində yeni müəssisələr yaradılıb.


4 il əvvəl

Sayt test rejimində çalışır