• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Qarabağın məşhur müəllimləri" - Mehdi Mehdizadə

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Mehdi Mehdizadədir. O, 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) və bir müddət Qaryagin (Füzuli) şəhərində fizika və riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub.

Mehdi Mehdizadənin  təhsilimizin, elmimizin inkişafında mühüm rolu vardır. Akademik Mehdi Mehdizadə təhsil idarəçiliyi sahəsində əsl məktəb yaradıb. Böyük pedaqoqun yaratdığı həmin məktəb bu gün də öz əhəmiyyətini itirməyib.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.   


4 il əvvəl

Sayt test rejimində çalışır