• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Dövlət Bayrağı Gününə həsr olunmuş təhsil və vətənpərvərlik mövzusunda onlayn seminar

Noyabrın 7-də saat 11:00-da Təhsil Nazirliyi yanında İctimai Şura və T-NETWORK platformasının birgə təşkilatçılığı ilə “Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər” adlı onlayn seminar keçiriləcək.

Seminarda Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən “Vətənpərvərlik və onun meyarları nələrdir?”, “Necə öyrədirik?”, “Necə öyrətməliyik?” sualları ətrafında müzakirələr aparılacaq.

Azərbaycan Respublikasının Dövlət Bayraq Gününə həsr olunan tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Türkiyə Cümhuriyyəti Milli Təhsil nazirinin məsləhətçisi Erhan Angın,  Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev, şəhid general Polad Həşimovun anası Səmayə Həşimova, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, “Milliyet” qəzetinin təhsil şöbəsinin redaktoru Abbas Güçlü, Fide Okullarının yaradıcısı Ali Koç, qabaqcıl müəllim və yazıçı Ahmet Naç, Xocalı rayon Yaloba kənd orta məktəbinin 9-cu sinif şagirdi Fərhad Quluzadə iştirak edəcək. Seminarın moderatoru  T-NETWORK-un koordinatoru Cəfər Mənsimi və eyni adlı platformanın tədqiqat və inkişaf üzrə baş mütəxəssisi, təhsil eksperti Qoşqar Məhərrəmovdur.

Seminarı Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

Qeyd edək ki, T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platforması “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istiqamətlərindən biri olan təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi bəndinə əsaslanır və strategiyanın təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi məqsədinə xidmət edir.


4 il əvvəl

Sayt test rejimində çalışır