• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ali təhsil müəssisələri üçün məsafədən tədris imkanları

Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələri üçün "Microsoft Teams” və əlavə olaraq “Cisco Webex” platformasından ödənişsiz istifadə imkanları təqdim edilib. Platformalar üzrə nazirlik tərəfindən müvafiq testlər həyata keçirilib ki, nəticədə hər iki həll onlayn dərslərin təşkili üçün təhlükəsiz, sürətli və dayanıqlı hesab olunub. Platformalardan istifadə üzrə müəllim və tələbələr üçün davamlı olaraq təlimlər təşkil olunur, təlimatlar təqdim edilir və texniki dəstək göstərilir.

Hazırda 32 ali təshil müəssisəsində sözügedən platformalardan istifadə olunur, 6 ali təhsil müəssisəsi isə qoşulmaq üzrədir. Onlayn dərslərə qoşulmaq üçün lazımi şəraiti olmayan müəllim və tələbələrin faydalanmaları üçün 17 region üzrə 28 məktəbdə internet-kompüter mərkəzləri  fəaliyyət göstərir.

Təhsil müəssisələri sözügedən platformalar vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilirlər.


4 il əvvəl

Sayt test rejimində çalışır