• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Qarabağın məşhur müəllimləri" – Ceyhun Hacıbəyli

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Ceyhun Hacıbəylidir. Ədəbiyyatımız, tariximiz, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşa şəhərində anadan olub. O, 1908-ci ildə Əlibəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində qardaşı Üzeyir bəylə birlikdə müəllim kimi fəaliyyət göstərib. Onun  XX əsrin ikinci onilliyindəki Bakı fəaliyyəti daha çox maarifçiliklə bağlıdır. Bakıda müəllimlərin birinci qurultayının keçirilməsində fəal iştirak edib.

Azərbaycanın azadlıq tarixinə qızıl hərflərlə yazılan Ceyhun Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919-1962) əqidə və amalından dönməyib, həyatını bütünlüklə Azərbaycana, onun istiqlalı uğrunda mücadiləyə həsr edib. Mətbuat tariximizin nəhəng simalarından olan Ceyhun Hacıbəyli mətbuatın ictimai rolu və faydasına mühüm əhəmiyyət verərək deyirdi: "Mətbuat xəlayiqin səsi və rəyidir”. O, cəmiyyətin mütaliə həvəsini ümumxalq maarifçiliyinin əsası kimi qiymətləndirirdi.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.


4 il əvvəl

Sayt test rejimində çalışır