• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Avropa Ali Təhsil Məkanına qoşulmuş ölkələrin növbəti nazirlər konfransı keçirilib

Noyabrın 19-da Avropa Ali Təhsil Məkanına (EHEA) üzv ölkələrin onlayn formatda növbəti nazirlər konfransı keçirilib.

Tədbirdə EHEA-ya qoşulmuş 48 ölkənin təhsil nazirləri, o cümlədən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev  iştirak və çıxış edib. Emin Əmrullayev çıxışında ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlar və son dövr ərzində bu yöndə əldə olunan uğurlardan söz açıb.

İtaliyanın sədrliyi ilə baş tutan tədbirdə EHEA-nın gələcəyi, inkişaf və əməkdaşlıq perspektivləri müzakirə edilib. Qeyd olunub ki, növbəti 10 illikdə EHEA-nın inkişafının üç əsas dəyər və hədəf üzərində qurulması nəzərdə tutulur: ali təhsilin inkluzivliyi (sosial inkluzivlik), innovativlik, əməkdaşlıq və mobillik.

Konfrans Bəyannamənin qəbul edlməsi ilə başa çatıb.


4 il əvvəl

Sayt test rejimində çalışır