• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Dünyaca məşhur alim Əziz Sancardan 3 yaşlı Xədicənin təhsilinə dəstək

Kimya üzrə Nobel mükafatçısı, Türkiyə əsilli dünyaca məşhur alim Əziz Sancar Ermənistanın oktyabrın 17-də Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini və bacısını itirmiş 3 yaşlı Xədicə Şahnəzərlinin gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.

Əziz Sancar müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.


3 il əvvəl

Sayt test rejimində çalışır