"Qarabağın məşhur müəllimləri" - Famil Mehdi
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Famil Mehdidir. O, 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub.
Fəal pedaqoji işlə məşğul olan Famil Mehdi Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində müəllim, baş müəllim olub, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləyib. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir.
Şair, filologiya elmləri doktoru, professor Famil Mehdi demək olar ki, ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edib. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi.
Famil Mehdi şeirlərini tәrcümeyi-halı kimi qələmə verirdi. “Şeirlərim mənim inamımdır, mübarizәmdir, mәğrurluğumdur, hünәrimdir, canıyananlığımdır, hәm dә qorxaqlığımdır, zəifliyimdir, arxasızlığımdır, kimsәsizliyimdir” söyləyirdi. Hər zaman iradəli olmağı tövsiyə edən Famil Mehdinin fikrincə, insan prinsipiallıq göstәrsә, özündә cәsarәt tapsa, hәtta ölümә dә qalib gәlә bilәr.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
3 il əvvəl
Daha çox xəbər
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
3 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
3 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
3 il əvvəl