• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Qayıdış" onlayn rəsm müsabiqəsi keçirilir

Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə uşaq-gənclər inkişaf mərkəzləri arasında cari ilin 25 noyabr - 22 dekabr tarixlərini əhatə edən “Qayıdış" onlayn rəsm müsabiqəsinə start verilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd Qarabağı gənc nəslə daha yaxından tanıtmaq, Vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhunu, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etmək və istedadlı uşaqların bacarıqlarını aşkar etməkdən ibarətdir.

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-11 yaş, 11-14 yaş və 14-18 yaş) üzrə keçirilir. Sosial şəbəkə üzərindən keçirilən müsabiqədə aşağıdakı şərtlərə əməl olunmalıdır:

- Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

- Rəsmlərin aşağı sağ küncündə dərnək rəhbəri və dərnəyin adı, şagirdin adı, soyadı, ata adı, yaşı, şəhəri və məşğul olduğu müəssisənin adı qeyd olunmalıdır;

- Rəsm əsərlərini göndərən zaman şagirdin rəsm əsəri ilə olan foto şəkli göndərilməlidir;

- Rəsmlərin işlənmə texnikası sərbəstdir;

-  Müsabiqəyə Qarabağın səfalı yaylaqlarını, vüqarlı dağlarını, şairanə təbiətini vəsf edən, müzəffər ordumuzun  şanlı qələbəsini, igidlərin döyüşdəki ruhunu təcəssüm edən əsərlər qəbul olunur;

- Müsabiqədə hər yaş qrupu üzrə 1 iştirakçı 1 rəsmlə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən iştirakçılar özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu uşaq-gənclər inkişaf mərkəzi, şəhər, rayon, əlaqə nömrəsi) və  hazırladıqları rəsm əsərlərini grbye@mk.edu.az ünvanına və +994  55 539 55 22 “WhatsApp” telefon nömrəsinə göndərməlidir. Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar +994 12 568 42 19, +994  55 539 55 22 və +994 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.


3 il əvvəl

Sayt test rejimində çalışır