Təhsil Nazirliyi akademik məzuniyyətlə bağlı qaydalarda dəyişiklik edib
Təhsil Nazirliyinin Kollegiyası qismən səfərbərliklə əlaqədar hərbi xidmətə cəlb olunan tələbələrin təhsilində yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədilə akademik məzuniyyətin verilməsi qaydalarında dəyişiklik edib. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”dakı dəyişikliyə əsasən, tələbələrə verilən akademik məzuniyyət hallarının əhatə dairəsi genişlənib. Belə ki, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə buraxılacaqlar.
Qərar noyabrın 24-dən qüvvəyə minib.
Qeyd edək ki, qüvvədə olan əvvəlki Qaydalara əsasən, akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilirdi:
– müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə;
– ailə vəziyyətinə görə – 2 il müddətinədək;
– səhhətinə görə – həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;
– sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;
– müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə – proqramda göstərilən müddətə.
Bununla bağlı hər hansı sual yarandıqda vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt”inə müraciət edə bilər.
3 il əvvəl
Daha çox xəbər
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
3 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
3 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
3 il əvvəl