• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Qarabağın məşhur müəllimləri" - Cabbar bəy Vəlibəyov

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması görkəmli maarif xadimi Cabbar bəy Vəlibəyovdur. 1893-cü ildə Ağdamın I Baharlı kəndində anadan olub.

Cabbar bəy Vəlibəyov 1913-cü ildə təhsilini başa vurub doğma kəndinə qayıtdıqdan sonra öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olub. Dərs dediyi şagirdlərə ərəb və rus dilləri, tarix, riyaziyyat, Azərbaycan ədəbiyyatını öyrədirdi. Ehtiyacda olan yoxsulların dərsə marağını artırmaq məqsədilə onları məktəb ləvazimatı ilə təmin edən Cabbar bəy gördüyü işlər sayəsində I Baharlı kəndində yeni tipli məktəbin əsasını qoyub.

Cabbar bəy Vəlibəyovun yaratdığı məktəbdə sonralar Azərbaycanın müxtəlif sahələrində mütəxəssis kimi fəaliyyət göstərən insanlar təhsil alıblar. Həyatıboyu müəllim adını şərəflə daşıyan Cabbar bəy Sovet hökuməti illərində Xalq Maarif Komissarlığının qərarı ilə I Baharlı kənd məktəbinin müdiri işləməklə yanaşı, pedaqoji fəaliyyətini Ağdamın Qiyaslı, Güllücə və başqa kəndlərində də davam etdirib. O, 1937-ci ilə kimi Ağdam rayonu I Baharlı kənd məktəbinin müdiri olub.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.


3 il əvvəl

Sayt test rejimində çalışır