• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Uşaq-gənclər inkişaf mərkəzləri tərəfindən qələbə münasibətilə dəyirmi masaIar təşkil olunub

Təhsil Nazirliyinin dəstəyi, 2 və 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərinin təşkilatçılığı ilə “Biz qayıdırıq” və “Qarabağa gedən yol” adlı dəyirmi masalar təşkil olunub.

COVİD-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilən görüşlərin məqsədi şanlı ordumuzun qələbəsinin qeyd edilməsi, gənc nəsildə vətənə məhəbbət hissinin daha da artırılmasından ibarət olub.

Dəyirmi masalarda Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Ağdam, Füzuli, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Xocalı, Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Naftalan və digər rayonlarda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri və dərnək üzvləri iştirak edib.

Görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət başçısının apardığı uğurlu islahatlar, müharibə dövründə xalqımızın birliyi, igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhu barədə söhbətlər aparılıb, dərnək üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib.

“Dəyirmi masa”da həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən II Qarabağ müharibəsində həyata keçirilən “Əziz əsgər”, "Əsgərlərə dəstək" aksiyaları barədə məlumat verilib, Bərdə və Gəncə şəhərində baş verən terror hadisələri ilə bağlı uşaqların 15 xarici dildə müraciət etdiyi “Erməni terroruna yox!”, "Yarımçıq qalmış arzular", "Cəbhəyə məktub", "Cəbhədən zəng", “Gözün aydın, Azərbaycan”, "Qələbə sevincimiz" adlı videoçarxlar nümayiş olunub.

 


3 il əvvəl

Sayt test rejimində çalışır