"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!" müsabiqəsi davam edir
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsi davam edir.
Müsabiqənin keçirilməsində əsas məqsəd işğal olunmuş torpaqlarımızın azad olunması münasibətilə yeni bədii mətnlər yaratmaq, uşaqlarda və gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, onlara milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarətdir. Müsabiqə dekabrın 31-dək davam edəcək.
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilməsi nəzərdə tutulur. Müsabiqəyə 18-28 yaşarası gənclərin də qoşulması mümkündür. İştirakçılar bir nominasiya üzrə iştirak edə, təqdim edilən işləri Azərbaycan, rus və ingilis dillərində hazırlaya bilərlər. İşlər hazırlanarkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:
- Essenin başlığı olmalıdır. Bir A4 səhifəsindən çox olmamalı, çap formatında göndərilməlidir.
- Şeirlərin başlığı olmalıdır və 40 misradan çox olmamalıdır. Şeirlər çap formatında göndərilməlidir.
- Mahnı 4 dəqiqədən çox olmamalıdır. Mahnılar melodiyaya, bəstəyə, özünəməxsusluğa və sözlərə (lazım olduqda) əsasən qiymətləndiriləcək. Yazının keyfiyyəti nəzərə alınmır. Mahnının sözləri çap şəklində göndərilməlidir.
- Nitq nominasiyası üzrə 3 dəqiqədən çox olmayan çıxışlar, video və ya audioformatda göndərilməlidir. Çıxışın mətni çap şəklində göndərilməlidir.
Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi) əlavə edərək, hazırladıqları işlə birgə shushacompetition@gmail.com ünvanına göndərməlidir. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 902-38-56 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlanıla bilər.
Qaliblərin adları növbəti ilin yanvar ayında açıqlanacaq, onlar diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
3 il əvvəl
Daha çox xəbər
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
3 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
3 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
3 il əvvəl