• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Noyabr ayı ərzində nostrifikasiya üzrə 322 nəfər müraciət edib

Cari ilin noyabr ayı ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici ali təhsil müəssisələrindən əldə edilən kvalifikasiyaların tanınması ilə bağlı 322 vətəndaş müraciət edib. Müraciət edənlərdən  219 nəfər barədə müsbət, 103 nəfər bərədə isə mənfi qərar qəbul edilib.

Mənfi qərarla yekunlaşan nəticələrin böyük əksəriyyətinin səbəbi tədris yükünü ödəmək üçün təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi və ya tədris dilinin qənaətbəxş hesab edilməməsi olub.

Daxil olan müraciətlərdə MDB-yə üzv olan, Gürcüstan və Türkiyənin ali təhsil müəssisələrində təhsil alanlar üstünlük təşkil edir. Statistikaya əsasən, hüquqşünaslıq, biznesin idarəedilməsi, tibb, təhsil elmləri, iqtisadiyyat və digər ixtisas istiqamətləri üzrə müraciət edənlər daha çoxdur.

Qeyd edək ki, hazırda ölkə ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə tənzimlənir.


3 il əvvəl

Sayt test rejimində çalışır