• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Xaricdə dövlət hesabına doktorantura təhsili üçün sənəd qəbulu davam edir

Təhsil Nazirliyinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir.

Proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində doktorantların təhsil, təqaüd, viza, tibbi sığorta və beynəlxalq nəqliyyat xərclərinin maliyyələşdirilməsi həyata keçirilir.

Qeyd edək ki, ilk sənəd qəbulu 2019-cu ilin noyabr ayında başlamış Dövlət Proqramında artıq 56 tələbə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə namizədlər arasında seçilərək ABŞ, Almaniya, Birləşmiş Krallıq, Belçika kimi ölkələrdə təhsil alıb, tədqiqatlarını aparmaq hüququ qazanıblar. Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə dpinfo@edu.gov.az ünvanına müraciət edə bilərlər. Müraciətlər üçün son tarix 15 dekabr 2020-ci il olaraq müəyyən edilib.


3 il əvvəl

Sayt test rejimində çalışır