• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Onlayn müsahibələrin keçiriləcəyi tarix şəxsi səhifələrə göndərilib

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix barədə məlumat göndərilib. Müsahibəyə qoşulmaq üçün keçid linki namizədlərin elektron poçt ünvanlarına göndəriləcək. Namizədlər eyni zamanda şəxsi səhifələrinə daxil olaraq videotəlimatla tanış ola bilərlər.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə dekabrın 14-də start veriləcək.

Onlayn müsahibələrdə iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!


3 il əvvəl

Sayt test rejimində çalışır