• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

TIMSS 2019 nəticələri baxış bucağında

Azərbaycanlı şagirdlər TIMSS 2019 – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirməsində riyaziyyat üzrə 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bu rəqəm TIMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artım deməkdir. Beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, azərbaycanlı şagirdlər  Fransa, İspaniya, Yeni Zelandiya kimi  inkişaf etmiş ölkələrdən olan həmyaşıdlarından yüksək nəticə göstəriblər, eyni zamanda Cənubi Qafqazda ən yüksək göstəriciyə nail olublar. Bununla bağlı tanınmış elm və təhsil adamlarının fikirlərini öyrəndik.

 

 AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov: “Sevindirici haldır ki, şagirdlərimizin riyaziyyat fənni üzrə nəticələri Avropanın  bir sıra inkişaf etmiş ölkələrindən öndədir, Cənubi Qafqazda isə ən yaxşısıdır. Eyni zamanda təbiət fənlərində də bu nəticəyə çatmalıyıq”.


Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı: “Düşünürəm ki, riyaziyyatdakı uğurlarımız digər elmlərdəki uğurlara çığırdır. Bu sahədə ancaq irəliyə baxmalıyıq”.

 


Türkiyənin İstanbul Texnik Universitetinin professoru Elimhan Mahmudov: “ Şagirdlərimizin riyaziyyat göstəricilərini təqdir edirəm və bunun gələcək illərdə digər beynəlxalq qiymərləndirmələrdə davam etməsini arzulayıram”.

 


Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev: “Şagirdlərimizin riyaziyyat üzrə nəticələri indiki halda bizə yeni baxış üçün imkan yaradır, eyni zamanda təbiət fənləri üzrə sistemli iş aparmağı qarşımıza məqsəd kimi qoyur.   Unutmayaq ki, XXI əsr həm də təbiət elmlərinin yeni kəşfləri ilə yadda qalacaq”.

 


ABŞ-ın Florida Texnologiya İnstitutunun professoru Uğur Abdulla: “58 ölkə arasında 28-ci mövqedə olmaq yaxşı nəticədir. Bu, orta məktəblərimizin aşağı siniflərində riyaziyyatın tədrisinin dünya orta standartlarına uyğun olması deməkdir”.

 

   


3 il əvvəl

Sayt test rejimində çalışır