• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Onlayn müsahibələrə start verilir

Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır. Müsahibə mərhələsi “Microsoft Teams” platforması üzərindən keçiriləcək.

Onlayn müsahibədə iştirak edəcək namizədlərin elektron poçt ünvanına Təhsil Nazirliyi tərəfindən videomüsahibəyə qoşulmaq üçün müvafiq link göndəriləcək. Namizədlər həmin linkə daxil olaraq müsahibəyə kompüter və ya mobil telefon vasitəsilə qoşula bilərlər.

Qeyd edək ki, hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə bilərlər.

Onlayn müsahibəyə dair videotəlimatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=tTXd4FJHO1k&feature=emb_title

Onlayn müsahibələrdə iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!


3 il əvvəl

Sayt test rejimində çalışır