"X-XI siniflərdə informatika təmayüllü siniflərin təşkili" layihəsi üzrə nəticələrin təqdimatı olub
Dekabrın 14-də Təhsil Nazirliyi və BP Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən “X-XI siniflərdə informatika təmayüllü siniflərin təşkili” layihəsinin nəticələrinin onlayn formatda təqdimatı keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli günümüzdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) əhəmiyyəti, layihənin aktuallığı barədə çıxış ediblər.
Daha sonra layihənin icraçısı Beynəlxaq Təlim və Layihə Mərkəzi tərəfindən tədbirdə iştirak edən Təhsil Nazirliyinin əməkdaşları, BP və onun tərəfdaşlarının nümayəndələri, o cümlədən benefisiar məktəblərin rəhbərlərinə layihənin icra edildiyi 3 illik müddət ərzində əldə edilən nəticələr barədə məlumat təqdim edilib.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində Bakı şəhəri üzrə seçilmiş məktəblərdə 50 informatika təmayüllü sinif komplektləşdirilərək 1000-dən çox şagird əhatə olunub. Layihə çərçivəsində informatika təmayüllü siniflər üçün ekspertlər tərəfindən yeni məzmun standartları və tədris planı yazılıb. Bunların əsasında isə komplektləşdirilmiş pilot siniflərdə tədris olunması üçün 4 yeni vəsait – X və XI sinif “İnformatika” dərsliyi və müəllim üçün metodik vəsait hazırlanaraq benefisiar məktəblərin istifadəsinə verilib. Bu vəsaitlər Dövlət İmtahan Mərkəzi tərəfindən də yüksək qiymətləndirilib.
Layihə müddətində informatika müəllimləri ingilis dili və öz ixtisasları, xüsusilə "Alqoritmləşdirmə" və "Python" proqramlaşdırma dili üzrə 8 ay dərslərə cəlb edilərək bilik və bacarıqları təkmilləşdirilib. Təhsil İnstitutu davamlı olaraq bu siniflərdə dərs müşahidələri apararaq informatika müəllimlərinə birbaşa metodiki xidmət göstərib və onları qiymətləndirib, şagirdlərin informatika üzrə bilik və bacarıqlarının monitorinqini həyata keçirib. 2020-ci ildə informatika təmayüllü siniflərdən məzun olan şagirdlərin 30 faizi ali təhsil müəssisələrində İKT istiqamətini- kompüter elmləri və ya mühəndisliyi, informasiya texnologiyaları və ya təhlükəsizliyi, robotexnika, areokosmik mühəndisliyi, informatika müəllimliyi və ya digər uyğun ixtisasları seçib.
3 il əvvəl
Daha çox xəbər
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
3 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
3 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
3 il əvvəl