• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Virtual məktəb"də şagird və müəllimləri vahid məkanda birləşdirən yenilik

 “Virtual məktəb”ə yeni “Birgəlik rejimi” əlavə olunub. Bu rejim onlayn dərs iştirakçılarına vahid məkanda görüşmək imkanı verir. Həmçinin rejim onlayn dərslərdə şagirdləri komanda şəklində hiss etməyə və geniş virtual fon effektləri ilə müxtəlif mühitlərə səyahət etməyə şərait yaradır.

Yeni funksiyadan faydalanmaqla dərslərini daha maraqlı təşkil etmək istəyən müəllimlər videotəlimatla tanış ola bilərlər:

 


3 il əvvəl

Sayt test rejimində çalışır