"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə yekun vurulub
6 noyabr-11 dekabr tarixlərində keçirilən "Qızıl hərflərlə yazılan tarix!" respublika rəsm müsabiqəsinə yekun vurulub.
Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə onlayn platformada və 3 yaş qrupu üzrə təşkil edilən müsabiqədə respublika üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak ediblər.
Müsabiqəyə ümumilikdə 470 rəsm işi təqdim edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə qiymətləndirmə aparılaraq I, II və III yerlərin qalibləri müəyyən edilib. Qaliblər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda vətənpərvərlik ruhunu tərbiyə etmək, vətənə sevgi və məhəbbət hissini aşılamaq, təsviri sənət üzrə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarət olub.
3 il əvvəl
Daha çox xəbər
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
3 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
3 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
3 il əvvəl