• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın yeni redaksiyası təsdiq edilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli 493 nömrəli Qərarına əsasən, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın yeni redaksiyada təsdiq edilməsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətində keyfiyyət təminatı sahəsi üzrə yeni mərhələ kimi qiymətləndirilir.

Belə ki, qaydaların yeni redaksiyası təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı ilə bağlı aşağıdakı üstünlükləri yaradacaq:

- Azərbaycan Respublikasının təhsil sisteminin inkişafı, beynəlmiləlləşməsi və təhsilin keyfiyyət səviyyəsinin yüksəlməsi təmin olunacaq;

- Beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sistemi formalaşacaq;

- Ali təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsi zamanı Avropa Ali Təhsil Məkanının keyfiyyət təminatı prinsiplərinin də nəzərə alınması təmin olunacaq;

- Dövlət standartlarından əlavə, beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramlarının akkreditasiyası mexanizmi formalaşacaq;

- Təhsil müəssisəsinin fəaliyyəti ilə yanaşı, təhsil proqramlarının icrasının qiymətləndirilməsi mexanizmi formalaşacaq;

-Təhsil müəssisəsinin fəaliyyətinin və ayrı-ayrı təhsil proqramlarının icrasının qiymətləndirilməsi prosesinə təhsil müəssisəsinin fəaliyyətində maraqlı tərəflərin, xüsusən də işəgötürənlərin və təhsilalanların nümayəndələri cəlb ediləcək və onlar arasında keçirilmiş rəy sorğusunun nəticələrinin qiymətləndirilmə zamanı nəzərə alınması təmin olunacaq;

- “Təhsil müəssisələrinin akkreditasiyası” dövlət xidmətinin elektronlaşdırılmasına nail olunacaq;

- Akkreditasiya sertifikatı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hazırlanan elektron sənəd formasında veriləcək;

- Təhsil müəssisələrinin fəaliyyətinə dair hesabatlılıq yalnız akkreditasiya dövrü üzrə (hər 5 ildən bir) deyil, illik əsasda təmin olunacaq.


3 il əvvəl

Sayt test rejimində çalışır