• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Məsafədən təhsilə dəstək çağırışına "Azercell"dən reaksiya

Ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb”də tədris prosesi davam edir.

Təhsilin fasiləsizliyini və davamlılığını təmin edən platformada müəllim və şagirdlər üçün açıq qeydiyyat, video və audio dərslərin təşkili, tədris cədvəllərinin tənzimlənməsi, qrup işlərinin təşkili, ev tapşırıqlarının təyinatı, qiymətləndirmə, dərsdənkənar tədbirlər, mərkəzləşdirilmiş idarəetmə və nəzarət mexanizmləri kimi bir çox imkanlar təqdim olunur. “Microsoft Teams” üzərində qurulmuş platformada hazırda ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyondan çox, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Eyni zamanda, “Microsoft Teams” 40 ali təhsil və 26 orta-ixtisas təhsili müəssisələrində məsafədən təhsil aləti kimi istifadə olunur.

Layihənin əhatə dairəsinə daxil olan bütün ailələr üçün bərabər texnoloji imkanların yaradılması məqsədi ilə Təhsil Nazirliyi özəl qurumları mümkün dəstəyi göstərməyə dəvət etmişdir. Nazirliyin dəstək çağırışlarına qoşulan “Azercell” şirkəti pandemiya dönəmində “Microsoft Teams” platforması vasitəsilə distant təhsil alan şagird və tələbələr üçün, eləcə də distant iş rejimində çalışan müəllimlər üçün güzəştli internet paketi təqdim edib. Abunəçilər gündə 0.70 AZN ödəyərək 10 GB həcmində və ayda 9.90 AZN ödəyərək 100 GB həcmində internet paketi sifariş etmək imkanı qazanır. Ətraflı məlumatla "Azercell" şirkətinin rəsmi vebsaytından
(https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/tehsil_paketi/) tanış olmaq mümkündür.

Qeyd edək ki, “Azercell” şirkəti daha öncə də bu təşəbbüsə qoşularaq “Virtual məktəb”də qeydiyyatdan keçmiş və “Azercell” abunəçisi olan 30 min müəllimə 2 ay müddəti ərzində 5GB internet paketi hədiyyə edib.


3 il əvvəl

Sayt test rejimində çalışır